Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səbuhi Kamal oğlu Rəhimli (d. 22 mart 1970, Mirbəşir rayonu) — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist, avestaşünas, astroloq, Qarabağ müharibəsinin iştirakçısı.
Səbuhi Rəhimli | |
---|---|
Səbuhi Kamal oğlu Rəhimov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Aktyorluq |
Təhsili | ADMİU |
Fəaliyyəti | Astrologiya, jurnalistika |
qoroskop.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Səbuhi Kamal oğlu Rəhimli 1970-ci il, martın 22-də Mirbəşir rayonunun (hazırkı Tərtər rayonu) Seydimli kəndində, müəllim ailəsində dünyaya gəlib. 1988–1990-cı illərdə Rusiyanın Xabarovsk diyarının Amur şəhərində hərbi xidməti keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990–1995). Tələbəlik illərində könüllü olaraq Qarabağ müharibəsində iştirak edib, 1992-ci ildə aparılan döyüşlərdə ağır yaralanıb.
1990-cı illərdən ölkənin aparıcı qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Elə həmin dövrdə özünü astrologiya sahəsində də sınayıb. 1999-cu ildən "Qoroskop" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Qəzet 2018-ci ildə fəaliyyətini dayandırıb.
Səbuhi Rəhimli 40 kitabın müəllifidir (2018). Onlardan 2-si elmi, 4-ü ədəbi, 3-ü Qarabağ və şəhidlik mövzusunda, qalanları isə astroloji mövzulardadır. Müəllifin ən məşhur kitabı Avesta gerçəyi adlanır. Elmi, dini, fəlsəfi və etnoqrafik tədqiqat əsəri olan kitab zərdüştilikdə mərasim və bayramlardan bəhs edir.
Azad Söz və Veteran Jurnalistlər birliyinin üzvü olan Səbuhi Rəhimli hazırda müxtəlif sayt və qəzetlərdə köşə yazıları, astroloji məqalələlərlə çıxış edir. Ailəlidir, bir övladı var.