Sədrəzam

Osmanlı sədrəzəmlik nişanı

Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul.

Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir.

Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.

Sədrəzəm hökmdarın mütləq vəkili olduğu üçün həmişə sultanın tuğralı möhürünü gəzdirirdi. Buna görə də sədrəzəmin sözü və yazısı padşahın fərmanı deməkdir. Belə ki, Fateh Qanunnaməsində sədrəzəmin dövlətdəki yeri belə ifadə edilmişdir.

"Bilgil ki vüzerâ (vəzirlər) və ümerânın (əmirlər) vezîr-i âzam; başıdır, cümlenin ulusudur, cümle umûrun vekîl-i mutlâkıdır ve mâlımun vekîl-i defterdârıdır ve ol vezîr-i âzam nâzırıdır ve oturmada ve durmada ve mertebede vezîr-i âzam cümleden mukaddemdir (öncə gəlir)."

Güclü hökmdarlar tərəfindən təyin edilən sədrəzəmlər dövlətə böyük işlər görmüşdür. Ancaq 16. əsrin sonlarından etibarən dövlətin Duraklama (Dayanma) dönəminə girməsi ilə bu işləri sədrəzəmlər yox, Validə Sultanlar, saray işçiləri və ya özbaşına olan yeniçərilər görürdülər. Buna baxmayaraq bu dönəmlərdə də sədarətə Körpülü Mehmed Paşa, Sokullu Mehmed Paşa, Quyucu Murad Paşa, Tarhuncu Əhməd Paşa və digər görkəmli şəxsiyyətlər gətirilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]