Sədrlər və ya əl-Sədr (ərəb. الصدر) — Livan dakı Cəbəl Amil mənşəli Livan-İraq-İran ruhani şiə sülaləsi. Onlar Musəvi ailəsinin yeddinci şiə imamı Musa ibn Cəfərə qədər uzanan bir qoludur.
Sədrlər və ya əl-Sədr الصدر Şiə ruhani ailəsi |
Titul |
Seyid |
Əcdadı |
Şərafəddin |
Qohum soylar |
Musəvilər, Şəhristani, Nəsrullah |
Mənşəyi |
Cəbəl Amil |
Sədrlər Livandakı Cəbəl Amildən olan Şərafəddin (ərəb. شرف الدين) ailəsinin qoludur. Şərafəddin ailəsinin özü də Nurəddinlər ailəsinin bir qoludur, nəslini Musa əl-Kazımdan (yeddinci şiə imamı) və onun vasitəsilə birinci İmam Əli ibn Əbu Talibə və Məhəmmədin (vəf.632) qızı Fatimeyi Zəhraya qədər uzanır. Sədrlər (Əs-Sədr) ailəsi İran, Livan və İraqda çoxlu İslam alimləri yetişdirmişdir, o cümlədən İsmayıl Sədr (vəf.1919-cu il) və onun nəvələri Musa Sədr (1978-ci ildə Liviyada itkin düşmüşdür) və Məhəmməd Baqir Sədrdir (vəf.1980-ci il).
- Seyid Məhəmməd əs-Sədr, 1948-ci ildə İraqın baş naziri
- Sədrəddin ibn Saleh, 19-cu əsr İslam alimi
- İsmayıl Sədr, (1919-cu ildə vəfat edib), Sədrəddin ibn Salehin oğlu
- Məhəmməd əl-Sədr (1943-1999)
- Müqtəda əs-Sədr, (1973-cü il təvəllüdlü), Məhəmməd Sadiq Sədrin oğlu, İraqda böyük milislərə rəhbərlik edir
- Sədrəddin Sədr (1954-cü ildə vəfat edib) İsmayıl Sədrin oğlu
- İmam Musa Sədr, (1928-1978?), Sədrəddin Sədrin oğlu, Livan dini lideri
- Heydər Sədr, (1891-1937), İsmayıl Sədrin oğlu
- Məhəmməd Baqir əs-Sədr, (1935–1980), Heydər Sədrin oğlu və böyük İslam mütəfəkkiri; "Üçüncü şəhid" və ya "I Sədr" kimi də tanınır.
- Əminə Sədr bint əl-Huda, Heydər əs-Sədrin qızı
Sədr ailəsinin əcdadı Seyid Saleh Musəvi Amili 27 nəsil boyu yeddinci şiə imamı Musa Əl-Kazimin nəslindən olub:
- Seyid Saleh
- Məhəmməd
- İbrahim
- Zeynülabidin
- Əli Nurəddin
- Nurəddin Əli
- İzəddin Hüseyn
- Məhəmməd
- Hüseyn
- Əli
- Məhəmməd
- Tacəddin
- Məhəmməd
- Cəlaləddin
- Əhməd
- Həmzə
- Səədullah
- Həmzə
- Əbil Səadət
- Əbu Məhəmməd
- Mohammad
- Əbəl Həsən Əli
- Əbu Tahir
- Məhəmməd
- Tahir
- Hüseyn əl Qəti
- Musa əl Sani
- İbrahim əl Murtəza
- İmam Musa əl-Kazim
- İmam Cəfər əs-Sadiq
- İmam Məhəmməd əl-Baqir
- İmam Zeynülabidin
- İmam Hüseyn ibn Əli
- İmam Əli ibn Əbu Talib
- Məhəmməd peyğəmbər
Mənbə:[1]