Səhlə məscidi

Səhlə məscidi (ərəb. مَسْجِد ٱلسَّهْلَة‎) — İraqın Nəcəf mühafəzəsinin Nəcəf şəhərində yerləşən məscid. Məscid şiə müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir və inanılır ki, məscid əvvəlcə Kufədə şiə müsəlmanların ilk üzvləri olan Həzrət Əlinin ardıcılları üçün məhəllə məscidi kimi yaradılıb.[1] Məscidin həm də on ikinci şiə imamı İmam Mehdinin gələcək evi olduğu deyilir.[2]

Səhlə məscidi
Xəritə
32°02′08″ şm. e. 44°22′53″ ş. u.
Ölkə İraq İraq
Şəhər Nəcəf
Yerləşir Nəcəf
Tikilmə tarixi 650-ci və 656-cı illəri arasında inşa edilmişdir
Üslubu İslam memarlığı
Sahəsi 17500 metr²
Minarələri 2
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Səhlə məscidi (İraq)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix və dizayn

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin iyulunda məscidə Seyyidə Nərcis adında səhn əlavə edilmişdir.[3]

Bu məscid şiə müsəlmanların inandığına görə rəvayətlərdən aşağıdakı səbəblərə görə ehtiram edilir:

  • Bu məscid on ikinci şiə imamı İmam Mehdinin zühurundan sonra iqamət edəcəyi yerdir.
  • Bu məscid İslamda müqəddəs şəxsiyyətlər sayılan Həzrət İbrahim, Həzrət İdris və Həzrət Xızır kimi peyğəmbərlərin vaxtilə qaldığı yer və iqamətgahı olmuşdur.
  • Bu məscid bütün peyğəmbərlərin namaz qıldığı yerdir.
  • Bu məsciddə iki rikət namaz qılmaq bir il müddətində insanı bütün bəla və təhlükələrdən qoruyar.
  • Bu məscid qiyamət şeypurunun çalınacağı yerdir.
  • Bu məscid qiyamət günündə yetmiş min insanın dirilərək sorğu-sualsız cənnətə girəcəkləri məkandır.
  • Həzrət Əli də buyurur: "Heç bir əziyyət çəkən insan bu məscidə getməz, orada namaz qılar və Allaha dua etməz ki, Allah onun qəmini aradan qaldırmasın və istəyini yerinə yetirməsin”.[4]
  1. Najam Haider. The Origins of the Shi'a: Identity, Ritual, and Sacred Space in Eighth-Century Kufa. Cambridge University Press. 26 September 2011. 238–. ISBN 978-1-107-01071-0. İstifadə tarixi: 14 August 2012.
  2. al-Qummi, Ja'far ibn Qūlawayh. Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press. 2008.
  3. "السيد أمين مسجد الكوفة المعظم يشارك في افتتاح الصحن الجديد للسيدة نرجس في مسجد السهلة". www.masjed-alkufa.net (Arabic). 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-13.
  4. al-Qummi, Ja'far ibn Qūlawayh (2008). Kāmil al-Ziyārāt. trans. Sayyid Mohsen al-Husaini al-Mīlāni. Shiabooks.ca Press