Səhmin bazar qiyməti

Səhmin bazar qiyməti — sövdələşmə tərəfləri sərbəst (məcbur etmədən) və ağlabatan hərəkət etdikdə, səhmlərin mümkün satışı üçün ən çox ehtimal olunan gözlənilən qiymət. Başqa sözlə desək, bazarda səhmlərin alınıb-satıldığı qiymətdir, tələb olarsa, qiymət qalxır; olmasa qiymet ener. Maliyyə lüğəti səhmin bazar dəyərini səhmin alqı-satqısının aparıldığı son qiymət kimi müəyyən edir. Buna görə şirkətin bütün səhmlərinin bazar dəyəri əmlak və maliyyə aktivləri də daxil olmaqla şirkətin ümumi kapitalından onlarla dəfə fərqlənə bilər.

Satış və alış

[redaktə | mənbəni redaktə et]

Səhmlərin alqı-satqısı prosesində çox vaxt birja brokeri vasitəçi kimi iştirak edir. Əgər şirkətin səhmləri bazarda satılmırsa, o zaman fiziki şəxslər arasında əməliyyatlar səlahiyyətli registratorlar və ya brokerlər vasitəsilə həyata keçirilir (hər ölkədə səhmlərin alqı-satqısının qeydiyyatı üçün öz sistemi mövcuddur)[1].

Səhmlərin bazar qiymətinin (dəyərinin) müəyyən edilməsi

[redaktə | mənbəni redaktə et]

Bazar dəyərinin hesablanması üçün bütün düsturlar investorların gözləntilərdən danışır. Lakin onlar bu gözləntilərin yerinə yetiriləcəyinə heç bir şəkildə zəmanət verə bilməzlər. Nəticədə bazar dəyərinin əsas meyarı bazardır. Bazar qiymətini müəyyən etməyin ən sadə üsulu son 6 ay ərzində səhm alqı-satqı əməliyyatlarının orta çəkili qiymətinin müəyyən edilməsidir.

Riyazi hesablama üsulları

[redaktə | mənbəni redaktə et]

Dünya təcrübəsində səhmlərin bazar dəyərinin qiymətləndirilməsi üçün də üç əsas yanaşma mövcuddur. Hər birinin öz müsbət və mənfi cəhətləri var [2].

Fundamentalist metod. Bu üsul sahiblərin kommersiya maraqlarını nəzərə alır və dividendlərin (gəlirlərin) diskont edilmiş məbləğinə diqqət yetirir. Bu, sabit və ya artan dividend dərəcəsini, həmçinin dividend artım tempini nəzərə ala bilər. Üstəlik, bazar dəyəri şirkətin əmlakının, maliyyə aktivlərinin və s.-nin dəyərindən asılı deyil.

Texnokratik üsul. Bu üsul müəyyən bir şirkətin səhmlərinin bazar dəyərindəki dəyişikliklərin statistik işlənməsini əhatə edir. Bu statistik qiymətləndirmə qısa, orta və uzunmüddətli dövrlərdə qiymət dəyişikliklərini ekstrapolyasiya etməyə imkan verir. Bu metodun bazar tendensiyalarını kəskin şəkildə dəyişdirə bilən xarici hadisələrin (siyasi, maliyyə və s.) təsirinin gözlənilməzliyi ilə bağlı çatışmazlıqlar var[3].

  1. "How to buy shares". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  2. "Investmentrussia.ru". 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  3. "Uchebnikrus.com". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Бенджамин Грэхем, Давид Тодд. Анализ ценных бумаг. Вильямс. 2017. ISBN 978-5-8459-1945-8.
  • Уильям Ф. Шарп, Гордон Дж.Александер, Джеффри Ф. Бэйли. Инвестиции. Инфра-М. 2007. ISBN 978-0-13-183344-9.