"Səhranın ağ günəşi" — 1969-cu ildə Vladimir Motılın rejissorluğu ilə çəkilmiş Şərq janrında olan Sovet bədii filmidir[3]. Film vətəndaş müharibəsi zamanı Qırmızı Ordu əsgəri Fyodor İvanoviç Suxovun qadınları quldur Abdullanın hərəmindən xilas etməsi zamanı başına gələn hadisələrdən bəhs edir. Film Rüstəm İbrahimbəyov və Valentin Yejovun ssenarisi əsasında "Mosfilm" və "Lenfilm" kinostudiyalarının istehsalat bazasında çəkilmişdir[4].
Səhranın ağ günəşi | |
---|---|
rus. Белое солнце пустыни | |
Janr | Vestern filmi, müharibə filmi, faciəvi komediya |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Bəstəkar |
|
İstehsalçılar | Lenfilm, Mosfilm |
Distribütor | Lenfilm, Netflix |
İlk baxış tarixi | 30 mart 1970[2] |
Müddət | 83 dəq. |
Büdcə | 650.000 ₽ |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli |
IMDb | ID0066565 |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisələr Xəzər dənizinin şərq sahillərində, 1920-ci illərin əvvələrində cərəyan edir. Suxov Fyodor İvanoviç evinə qayıdır. Yolda əzablı ölümə məhkum edilmiş Səid adlı yerli sakini başına qədər quma basdırılmış vəziyyətdə aşkarlayır. Səidi xilas edən Suxov, ardınca Abdulla və onun quldur dəstəsini təqib edən Qızıl ordu komandiri Rəhimovla rastlaşır. Abdul qəsrdən qaçsa da, həyat yoldaşlarını özüylə aparmayıb. Zövcələrini özüylə apara bilmədiyinə görə onları öldürmək qərarına gəlib. Rəhimov qadınların günahsız yerə ölməməsi üçün onların mühafizəsini Suxova həvalə edir…