Səid-Həsən Əbumüslimov (1 fevral 1953, Qazaxıstan SSR) — Çeçen tarixçisi, yazıçısı, publisisti, ictimai xadimi, tanınmamış Çeçen İçkeriya Respublikasının liderlərindən biri, çeçen müqavimətinin şəxslərindən biri.
Səid-Həsən Əbumüslimov | |
---|---|
Doğum tarixi | 1 fevral 1953 (71 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | tarixçi, yazıçı, publisist, siyasətçi |
Elmi dərəcəsi |
|
1953-cü ildə Qazaxıstan SSR-də anadan olmuşdur. Milliyyətcə çeçendir[1].
1974-1975-ci illərdə Moskva Dövlət Universitetinin tarix fakültəsinin hazırlıq şöbəsində təhsil almışdır. 1974-1981-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olur.
1982-1985-ci illərdə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin (xalq təsərrüfatı tarixi və iqtisadi doktrinalar kafedrası) aspiranturasında təhsil almışdır. İqtisad elmləri namizədi dərəcəsi alır[2]. Çeçen, rus və alman dillərini sərbəst bilir[3].
1990-1994-cü illərdə Çeçenistan Dövlət Universitetində tarixdən mühazirələr oxuyur.
1980-ci illərin əvvəllərindən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında samizdat paylanmasında, o cümlədən Əbdürrəhman Avtorxanovun və A. Soljenitsinin "Qulaq arxipelaqı" əsərlərinin paylanmasında iştirak etmişdir.
1990-cı ilin mayında onun da qurucusu olduğu “Bart” (“Razılıq”, 1989) cəmiyyətinin əsasında “Vaynax Demokratik Partiyası” qurulur[4]. Parlamentin deputatı seçilir. 12 mart 1992-ci ildə müstəqil Çeçenistan Respublikasının Konstitusiyasını qəbul edən Çeçenistan Respublikası Parlamentinin iclasında iştirak etmişdir. Yandarbiyevin prezidentliyi dövründə (1996-1997) vitse-prezident vəzifəsində çalışır. 1996-cı ilin avqustunda Xasavyurt müqaviləsini imzalayır. Masxadovun prezidentliyi dövründə o, Rusiya-Çeçenistan münasibətlərinin siyasi-hüquqi tənzimlənməsinə dair Rusiya-Çeçen danışıqlarında iştirak edir.
İkinci Çeçenistan müharibəsi başlayandan sonra Çeçenistan Prezidenti Aslan Masxadovun tapşırığı ilə İstanbulda keçiriləcək ATƏT-in Sammitində iştirak etmək üçün şəxsi nümayəndəsi kimi gedir. Səid-Həsən Əbumüslimov Avropa ölkələrində sonrakı siyasi işlərlə məşqul olur[5].
O vaxtdan Türkiyədə, Azərbaycanda[6], sonra Almaniyada[7] yaşamışdır. 1999-cu ilin noyabrından 2005-ci ilin martına qədər o, Rusiya böyük dövlət şovinizminin çeçen və digər Qafqaz xalqlarına qarşı cinayətlərinin araşdırılması üzrə ÇİR komissarı olur[8][9].
Qafqaz Əmirliyinin qurulması əleyhdarı, müstəqil demokratik çeçen dövlətinin bərpasını müdafiə etməkdə davam edir[10][11].
Konfederasiya şəklində Şimali Qafqazın müstəqilliyinin tərəfdarıdır[12][13][14][15].