Səlahəddin Adil Paşa

Səlahəddin Adil Paşa (türk. Selahattin Adil) (19 yanvar 1882, İstanbul27 fevral 1962, İstanbul) — Türk əsgər və siyasətçi.[1]

Səlahəddin Adil Paşa
türk. Selahattin Adil
Şəxsi məlumatlar
Doğum tarixi 19 yanvar 1882(1882-01-19)
Doğum yeri
Vəfat tarixi 27 fevral 1962(1962-02-27) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1900-cü ildən
Rütbəsi general
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlahəddin Adil 19 yanvar 1882-ci ildə İstanbul şəhərində anadan olmuşdur.[1]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1902-ci ildə Qərargah kapitanı oldu. 1905-ci ildə Şam şəhərindəki 5-ci orduya, 1906-cı ildə isə Selanikdəki 3-cü orduya təyin edildi. 1906-cı ildə İstanbuldakı Türkiyə Quru Qoşunları məktəbində müəllim köməkçisi kimi fəaliyyət göstərməyə başladı. 31 mart hadisəsi zamanı Hərəkat ordusunda xidmət edirdi. 1910–1911-ci illərdə Buxarest şəhərinin meri oldu. İtaliya-Osmanlı müharibəsinəBalkan müharibələrinə qoşuldu. Birinci Dünya müharibəsində Çanaqqala və Şərq cəbhələrində iştirak etdi.[1]

Çanaqqala müharibəsindən öncə Çanaqqala İstehkam Mövqe Komandirliyində qərargah rəhbəri kimi xidmət etmişdir. Müharibə dövründə isə Üçüncü Krit müharibəsində 12-ci şöbəyə komandirlik etdi. Birinci Kərəvizdərə müharibəsinə rəhbərlik etdi. Anafartalar qrup komandiri Mustafa Kamal Atatürkün əmrində 12-ci şöbə komandirliyində vəzifəyə təyin edildi.[1]

1920-ci ildə fransızların işğal bölgəsində Kuva-yi Milliyeni formalaşdırmaq və fransızların bölgədə yayılmasının qarşısını almaq üçün Adana cəbhəsinin komandiri təyin edildi. 1921-ci ildə Qərb cəbhəsində 2-ci korpus komandiri kimi Sakarya Meydan müharibəsinə qoşuldu. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara və şücaətlərə görə general-mayor rütbəsinə yüksəldi və paşa oldu. Daha sonra Milli Müdafiə Nazirliyinin müşaviri vəzifəsinə təyin edildi. Daha sonra Milli Müdafiə Nazirliyinin müşaviri vəzifəsinə təyin edildi. Böyük hücumDumlupınar döyüşünü ilk məclisdəki millət vəkillərinə bildirən ilk şəxs idi. Mudanya barışığından sonra İstanbul şəhərinin hərbi nəzarəti tədricən onun nəzarətində olan 81-ci alayın nəzarətinə verildi. Türkiyə Böyük Millət Məclisinin İstanbul Komandirliydə vəzifəyə təyin edildi. Müharibədən sonra qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edildi. 23 sentyabr 1923-cü ildə öz istəyi ilə general-mayor rütbəsindən istefa verdi və təqaüdə çıxdı.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Türkiyə Böyük Millət Məclisinin 9-cu dövründə Ankaranın millət vəkili seçildi. Türkiyə Böyük Millət Məclisinin iqtisadi komissiyasının sədri vəzifəsində çalışmışdır. 7 iyul 1953-cü ildə millət istefa etdi.[1]

  1. 1 2 3 4 5 6 "Selahettin Adil". biyografya.com. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 117.