Səlahəddin Qartalı

Səlahəddin Qartalı, əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir. Misir, İraq, BƏƏ, FələstinYəmənnin dövlət gerblərində yer alır, lakin adı çəkilən ərəb ölkələri Səlahəddin Qartalını təmanən dəyişmiş, 1952-ci ildə çəkilmiş yeni formasını işlədirlər. Bu simvol, Əyyubilər dövlətinin qurucusu və Atabəy Nürəddin Zənginin xələfi olan hökumdar Səlahəddin Əyyubi işlətdiyi qartal şəkilini təmsil edir.

Səlahəddin Qartalı
صلاح الدين قارتالى
Detallar
Armiger Əyyubilər dövləti
Orden Əyyubilər
Digər elementlər sarı rəngin üstündə qırmızı rəng qoşa başlı qartal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlahəddin Əyyubi öz tayfasının sarı bayrağına Zəngilər və başqa türk tayfaları işlətdiyi Qartal şəkilini əlavə edərək şəxsi sancağı kimi işlətmişdir. Səlahəddinin dövləti vaxtında inşa edilən Qahirə Qalasının qərb divarında bir quşun barelyefi tikilib və, deyilənə görə, həmin Səlahəddin Qartalını təsvir edir, lakin bilinməyən səbəblərə görə o divardakı heykəlin başı qırıq vəziyyətdir; Osmanlı səyyahətçisi Övliya Çələbinin əsli olaraq qoşa başlı olduğunu iddia etdiyi bu qala divarındakı qartalın bu gün etibarıyla başı yoxdur.

Səlahəddinin sancağı

Tarixçi Jane Hathaway bildirdiyinə görə, Misir və Suriyada Fatimilər sonrası hakimiyyətə gələn Əyyubilər və Məmlüklərin hökmdarlarını sarı rəng əks edirdi.[1] Livanda nəşr olunan "Səlahəddin əl-Əyyubi: 12–13-cü əsrlərdə Şərq-Qərb münaqişəsinin tarixi" kitabında Səlahəddin işlətdiyi qartalın rəmzinin qırmızı, və arxa rənginin isə sarı olduğu bildirilir.[2] Avropa heraldikasında işlənən işlənən qartallardan fərqli olaraq, bu quş qanadlarını yuxarı və ya yanlara deyil, aşağı tutur — bu, qartalın göyə uçmağını bildirə bilər.

  • 1952-ci ildən Misir dövlət rəmzi kimi işlənilir.
  • 1963-cü ildən İraq dövlət simvolikalarında yer alır.
  • 1969–1971 illər arası Liviya emblemi kimi işlənilirdi.
  • 1962–1990 illər arası Şimali Yəmən simvolu olmuşdur.
1952-ci ildə çəkilmiş, Ərəb ölkələrində işlənən Səlahəddin Qartalı (Misirdə "Misir Qartalı" deyilir)
  1. https://books.google.ch/books?id=L-lPC7DgepEC&pg=PA97 Arxivləşdirilib 2021-08-23 at the Wayback Machine Jane Hathaway, A Tale of Two Factions: Myth, Memory, and Identity in Ottoman Egypt and Yemen (p. 97)
  2. https://www.google.com.tr/books/edition/%D8%B5%D9%84%D8%A7%D8%AD_%D8%A7%D9%84%D8%AF%D9%8A%D9%86_%D8%A7%D9%84%D8%A3%D9%8A%D9%88%D8%A8%D9%8A/u6xmAAAAMAAJ?hl=ru&gbpv=0&bsq=inauthor:%22%D9%82%D9%84%D8%B9%D8%AC%D9%8A%D8%8C%20%D9%82%D8%AF%D8%B1%D9%8A%22 صلاح الدين الأيوبي قصة الصراع بين الشرق والغرب خلال القرنين الثاني عشر والثالث عشر للميلاد

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]