Məhəmmədəli Həsənzadə (Məhəmmədəli Hörmət oğlu Həsənzadə; 1 may 1999 - 6 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi[1][2][3]
Məhəmmədəli Həsənzadə | |
---|---|
Məhəmmədəli Hörmət oğlu Həsənzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hörmət Əfsər oğlu Həsənov |
Anası | Vüsalə Mübarək qızı Həsənova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdam döyüşləri • Hadrut döyüşləri • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu ildə may 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir.
2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Sentyabr 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavən uğrunda gedən döyüşlərdə iştirak edib.[4] Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.