Səmənd Əliyeviç Siyabəndov (rus. Саманд Алиевич Сиабандов; 20 noyabr 1909[1], Qars vilayəti, Qafqaz diyarı – 14 noyabr 1989[1], İrəvan) — kürd əsilli SSRİ hərbçisi. O, 1-ci Belarus Cəbhəsinin 48-ci Ordusunun 217-ci Uneç atıcı diviziyasının 755-ci atıcı alayının komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik-leytenant kimi xidmət etmişdir. Siyabəndov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Səmənd Siyabəndov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1909[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 noyabr 1989[1] (79 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Xidmət illəri | 1941-ci ildən |
Rütbəsi | polkovnik-leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Səmənd Əliyeviç Siyabəndov 20 noyabr 1909-cu ildə Rusiya imperiyasında, Qars vilayətinin Asancan kəndində (indiki Türkiyə) kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə yezidi kürdlərindən idi.[2] Leninqrad Sovet Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. Ermənistan Kommunist Partiyası Alagöz rayon komitəsinin 1-ci katibi kimi xidmət etmişdir. Böyük Vətən müharibəsinin əvvəlində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Lenin kurslarının tələbəsi olmuşdur.[3]
28 iyun 1941-ci ildən Qırmızı Orduda xidmət etmişdir. Döyüş əməliyyatlarında iştirak etdiyi müddətdə atıcı diviziyanın siyasi şöbəsinin təlimatçısı, atıcı alayının hərbi komissarı, atıcı alayının komandirinin siyasi işlər üzrə müavini, diviziyanın siyasi şöbəsinin rəisi olmuşdur. Qərb, Bryansk, Belorusiya, 1 -ci, 2 -ci və 3- cü Belarus cəbhələrində döyüşmüşdür. Döyüşdə iki dəfə yaralanmışdır.[3]
SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli Fərmanı ilə faşist işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və eyni zamanda göstərdiyi şücaət və qəhrəmanlığa görə, polkovnik-leytenant Siyabəndov Səmənd Əliyeviç "Lenin" ordeni və "Qızıl ulduz" medalına, həmçinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[4]