Səma qapılarını döyərək (film, 1997)

Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır.

Səma qapılarını döyərək
ing. Knockin' On Heaven's Door
Janr faciəvi komediya
Dram
Kriminal
Rejissor Tomas Yan
Prodüserlər
Ssenari müəllifləri
Baş rollarda Til Şvayger
Yan Yozef Lifers
Moritz Blyaybtroy
Tyerri van Verrike
Rutger Hauer
Hub Stapel
Operator Martin Kukula
Bəstəkar de:Franz Plasa
İstehsalçı de:FSK 12
Distribütor Walt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi 1997, 20 fevral 1997[2][3]
Filmin növü Bədii film
Müddət 87 dəq.
Büdcə 3,5 mln DM
Ölkələr Almaniya Almaniya
Dil almanca
İl 1997
Rəng rəngli
Çəkiliş yeri Köln
IMDb ID0119472

Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq).

Məzmun[redaktə | mənbəni redaktə et]

İki cavan oğlan — qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir. Martin əmindir: dünyanın o tayına getmək və dənizi görməmək, bu bağışlanılmaz səhvdir.

Öz həyatlarının son məqsədinə çatmaları üçün onlar hospitalın həyətindən raritet avtomobil Mercedes-Benz 230 SLi oğurlayaraq xəstəxanadan qaçırlar. Pul tapmaq üçün Martin və Rudi yolda bankı və yanacaq stansiyasını soyurlar. Onlar yalnız sonda bilirlər ki, sürdükləri avtomobil yerli qanqsterindir, avtomobilin keysində isə milyon nağd şəklində saxlanılır. Həm də onları artıq polis axtarır. Boss avtomobilin və keysin axtarışına özünün 2 tərəfdaşını — Henki və Abdulu (Moritz Bleibtreu) göndərir. Onlar bir-biri yola getməyib hər dəfə dalaşırlar.

Polislər qaçaqları yaxalayamaq istəyəndə Martin Rudini guya ki, əsir götürür. Bu dostlara polislərdən qaçmağa imkan verir. Amma tezliklə onlar polislərlə qanqsterlər arasında tələyə düşürlər. Bununla belə polislər və qanqsterlər arasında yaranan atışmadan istifadə edərək oradan xilas ola bilirlər.

Süjet daha da açıldıqca Rudi anlayır ki, risk etmək heç də pis və ya qorxulu deyil. Çünki nə həyat qaydalardan ibarətdir, nə də qanunlar mükəmməl və nöqsansızdır. Bu epizodda Martinin beynində xərçənq olduğuna görə tutması baş verir. Ona həkimin yazdığı dərman artıq qurtarıb. Rudi yeganə dostunun həyatını xilas etmək üçün əlinə pistolet alaraq aptekə qaçır, orada havaya atəş açıb əczaçını lazım olan dərmanı ona verməyə məcbur edir. O dərmanı götürüb dostunun yanına qayıdır.

Yığdıqları pullarla onlar lüks oteldə qalırlar. Orada onlar öz istəklərini bir kağıza yazırlar. Arzularının hamısını yerinə yetirə bilməyəcəklərini anlayaraq, siyahıda qeyd edilən arzulardan yalnız birini həyata keçirməyi qərara alırlar. Martinin arzusu — Elvis Preslinin pərəstişkarı olan anasına, Elvisin öz anasına verdiyi çəhrayı kadillakdan hədiyyə etməkdir.

Onlar həmin kadillakı aldıqdan sonra, satıcı onları tanıyır və polisə xəbər verir. Martinin anasının evinə yaxınlaşdıqları zaman onları orada artıq polis gözləyir. Polis onları həbs edir. Amma Martin tutma konvulsyalarını simulyasiya edərək polisi aldadır, polislər qorxaraq onları buraxır. Martin və Rudi qaçırlar. Polis onları hələ həbs edən zaman Martinin də heç bir vaxt dənizi görmədiyi aşkarlanır.

Nəhayət onlar dənizə çatırlar. Rudi dənizi görən kimi deyir: "Mən anladım — qorxmaq axmaqlıqdır". Bu fraza onun bütün həyatına ismarıclanmışdı, onun qanunlara həddindən artıq tabe olması nəticəsində özünü hər bir şeydən məhrum etmək anlamını gətirirdi. Və yalnız risk etməklə, ürəyinin səsinə qulaq asaraq və stereotipləri kənara qoyaraq o özünün ən böyük istəyinə nail olur — o dənizi görür.

Final epizodu emosional kuliminasiyalıdır. 3 dəqiqəlik səhnə "Knocking on heaven's door" mahnısı ilə müşayiət olunur. Dostlar səssiz dəniz kənarında gəzişirlər, dənizin çox uzaqlarına baxırlar, dalğaları seyr edirlər, dənizin gözəlliyinə heyran qalırlar. Onlar bu gözəlliyi görmək üçün çox uzun yol qət etməli, maneələrdən aşmalı olmuşlar. Martin və Rudi tekila içir, siqaret çəkirlər.

Dəniz sahilində Martin vəfat edir. Rudi onun yanında əyləşir və dənizi seyr eləməyə davam edir...

Rollarda[redaktə | mənbəni redaktə et]

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Film ən çox sitat gətirilən filmlərdəndir:

— Biz dənizə tərəf yollanırıq, sən orada heç zaman olmamısan.
— Deyəsən mən artıq istəmirəm...
— Sənin cənnətdə danışmağa heç bir mövzun olmayacaq.
— Bilirəm, mən dənizə istəyirəm, amma biraz qorxuram...
— Bilirsən nə var: qorxmaq axmaqlıqdır.

Mükafatlar və nominasiyalar[redaktə | mənbəni redaktə et]

de:Deutscher Filmpreis 1997
  • Təsviri xidmətləri üzrə Film Mükafatı: Moritz Bleibtreu
  • Kateqoriya Ən Yaxşı Film, Alman Film Mükafatı namizədliyi
VideoWinner 1997
  • Verleih: Erfolgreichster deutscher Spielfilm
de:Goldene Leinwand 1998
  • Goldene Leinwand: 18 aya 3 mln. dinləyici
Valenciennes International Festival of Action and Adventure Films
  • Audience Award
  • Grand Prize
de:Internationales Filmfestival Moskau 1997
  • Gümüş müq. Georq: Ən Yaxşı kişi oyunçu: Til Şvayger
de:Ernst-Lubitsch-Preis 1998
  • Moritz Bleibtreu
Catalonian International Film Festival 1997, de:Sitges, İspaniya
  • Gran Angular Award (Ən yaxşı film)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. http://www.zelluloid.de/filme/index.php3?id=911.
  3. filmportal.de. 2005.