Səmud (ərəb.ثَمُوْد, Ṯamūd) — şimal-qərb Ərəbistan yarımadasındaqədim ərəb qəbiləsi və ya qəbilə konfederasiyası.[1] Onlar ilk olaraq Assuriya mənbələrində təsdiq olunduğu kimi e.ə. VIII əsrin sonlarından b.e. V əsrinə qədər mövcud olmuşdular. Assuriya və Roma mənbələrinə görə Səmud krallığı Ərəbistan yarımadasında mövcud olan ilk krallıq idi. Ərəb ənənəsi Səmud dövlətinin tanrı tərəfindən məhv edildiyini iddia edir. Onun yazılı qanunu yox idi, lakin qəbilə başçısı hökmdar rolunu oynayırdı. Səmudlar çağdaş Mesopotamiya, Antik və ərəb mənbələrində, o cümlədən 160-cı illərdə səmudların özləri tərəfindən tanrı İlah üçün ucaldılmış məbəddəki yazılarda xatırlanır. Onların qədim ərəbcə danışdıqları güman olunur.[2]
Graf, David F.; Zwettler, Michael J., "The North Arabian 'Thamudic E' Inscription from Uraynibah West", Bulletin of the American Schools of Oriental Research, 335 (335), 2004: 53–89, doi:10.2307/4150069, JSTOR4150069.
Retsö, Jan, The Arabs in Antiquity: Their history from the Assyrians to the Umayyads, Routledge, 2003, ISBN0-7007-1679-3.
Sinai, Nicolai, "Religious poetry from the Quranic milieu: Umayya b. Abī l-Ṣalt on the fate of the Thamūd", Bulletin of the School of Oriental and African Studies, 74 (3), 2011: 397–416, doi:10.1017/S0041977X11000309, JSTOR41287978.