Səngan döyüşü

Nəbərdi-Səngan — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır.[1]

Nəbərdi-Səngan
Nadirin yürüşləri
Tarix İyul-oktyabr 1727
Yeri Səngan, Şərqi Xorasan
Nəticəsi Səfəvi imperiyasının qələbəsi
Ərazi dəyişikliyi Səfəvi ordusu Khaf və Qainin təhlükəsizliyini təmin edir.
Münaqişə tərəfləri

Nadir Şahın ordusu

Abdali əfqanları
Sənqanlı üsyançılar

II Təhmasibin ordusu

Komandan(lar)

Nadir xan Əfşar

Hüseyn Sultan Sistani
Malik Kəlbəli
Malik Lütfəli

II Təhmasib
Tərəflərin qüvvəsi

800

7-8 min

İtkilər

Az

500

İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu.[2] Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Səngan, Xaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi. Səngan və Behdadin üsyan etmiş Herat abdalilərinin bir qolu tərəfindən idarə edilirdi. Bu tayfa Səfəvilərə qarşı 11 il əvvəl üsyan qaldırmışdı.[3] Buna əlavə olaraq, Qaində də təcili yatırılmalı olan yeni bir üsyan meydana çıxdı.[1][4] Bu üsyana Malik Mahmud Sistani və onun qohumları (Mahmudun qardaşı Kəlbəli və onun oğlu Lütfəli) tərəfindən üsyana təşviq edilən Sistani tayfa başçılarından biri olan Hüseyn Sultan tərəfindən idarə edilirdi.[4]

Ya 27 iyul,[5] ya da 5 avqustda[1] Nadir xan Məşhəddən 800 nəfərlik dəstə ilə Qainə doğru yola çıxdı. Nadir qısa bir müddət ərzində Hüseyn Sultanı tabe olmağa məcbur etməyi bacardı, lakin Kəlbəli və Lütfəli qaçaraq İsfahanda hakimiyyətdə olan Əşrəfə sığınmağa nail oldular.[1][4] Nadir buradan Behdadin vasitəsiylə Esfedana doğru yola çıxdı. Behdadinə gedən yol çox çətin idi. Atrabadi bunu belə təsvir edir:

" O quldurlar, şairin dediyi kimi, qarşısındakı hər şeyi yandırıb-yaxan alov kimi irəliləyən [Nadirin] ordusundan sürətlə qaçdılar. O, bir neçə gündən sonra Asiyada tez-tez rast gəlinən geniş səhralardan birinə gəldi; burada dəvəyə minmiş, əlində nizə tutmuş halda fasiləsiz olaraq əsgərlərinə rəhbərlik edir və bu yorucu yürüşlərin zəhmətini və təhlükəsini onlarla eyni şəkildə paylaşırdı.[5] "

Bu zaman yayın ortası olduğuna görə su qıt şəkildə idi və toplar quma bataraq qalırdı. O zaman bu coğrafiyada yetəri qədər su infrastrukturu mövcud deyildi və yollar da toplaın daşınması üçün yaramırdı və ya sadəcə mövcud deyildi. Nadir bunlarla başa çıxmalı idi.[6] Lakin o, adamlarının koordinasiyalı səyi nəticəsində topları qumdan çıxara bildi. Nadir sentyabrın 9-da Behdəddinə çatdı və ora hücum etdi.[5] Tezliklə Sanqani əfqanları Nadirə təslim oldular. Lakin onların Nadirə təslim olması üçün o, şəhəri mühasirəyə almış və təslim olma yalnız bundan sonra mümkün olmuşdur.

Mühasirə zamanı Nader qalaya artilleriya atəşinə baxırdı. Lakin bir topçu təsadüfən yaxınlıqdakı topu vaxtından əvvəl işə saldı. Nəticədə qəlpə topçu və bir neçə digər müşahidəçini öldürdü. Möcüzəvi şəkildə top partlamadan geri çəkilən Nader heç bir zərər görmədi.[6] 22 sentyabr,[5] 30 sentyabr[3] və ya 1 oktyabr[1][6] tarixlərindən birində Sənqan Səfəvi hakimiyyətinə tabe oldu və əhalisi təslim olma məsələsində saxtakarlıq etdiyi üçün yağmaya məruz qaldı. Bu zaman məlum oldu ki, 7-8 minlik Abdali ordusu Sənganı geri almaq üçün yola çıxmışdır. Bunu eşitdikdən sonra Nadir abdalilərlə üzləşmələri üçün Niyazabad kəndinə qüvvə göndərdi.[3] 4 günlük döyüşlərdən sonra abdalilər Herata doğru geri çəkildilər. Nadir vəziyyətinin hələ də təhlükəli olduğuna görə geri çəkilən abdaliləri təqib etmədi və Məşhədə yola düşdü.[1]

Yürüş özü-özlüyündə strateji olaraq heç bir qazanc saxlamadı. Nəticədə Nadir yenidən şimali Xorasana geri çəkildi. Məqsədi burada ordu topladıqdan sonra yenidən Herata doğru yürüşə çıxmaq idi.

  1. 1 2 3 4 5 6 L. Lockhart. Nadir Shah. 1938. 28, 29.
  2. Michael Axworthy. Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. 2006. səh. 129.
  3. 1 2 3 Nejatie, Sajjad. The Pearl of Pearls: The Abdālī-Durrānī Confederacy and Its Transformation under Aḥmad Shāh, Durr-i Durrān (Tezis) (ingilis). November 2017. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  4. 1 2 3 Lockhart, Lawrence. The Fall of the Safavi Dynasty and the Afghan Occupation of Persia. United Kingdom: Cambridge University Press. 1958. 322–323.
  5. 1 2 3 4 Mahdī Khān Astarābādī, active 1733-1759. The history of the life of Nader Shah, King of Persia. Extracted from an Eastern manuscript, which was translated into French by order of His Majesty the King of Denmark ... Wellcome Library. London : Printed by J. Richardson, for T. Cadell. 1773.
  6. 1 2 3 Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B. Tauris. 2006. 77–78. ISBN 1-85043-706-8.