Sərayə əl-Salam (ərəb. سرايا السلام, hərf. Sülh bölükləri)[1][2] — 2014-cü ildə yaradılmış İraq şiə milisi. Onlar Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və "Mehdi Ordusu" qruplaşmasının dirçəlişi cəhdidir.
Sərayə əl-Salam | |
---|---|
Ölkə |
Onlar Müqtəda əs-Sədr[1] tərəfindən şiə ziyarətgahlarını İslam Dövlətindən qorumaq üçün yaradılmışdır.[3] 2014-cü ilin iyun ayında bu "Sülh bölükləri" İraq müharibəsi zamanı "Mehdi Ordusu"nun əsas əməliyyat mərkəzi olması ilə tanınan Bağdadın Mədinət-əs-Sədr gecəqondusunda yürüş etmişdilər.[4] "Sülh bölükləri" türbələri qorumaqla yanaşı 2014-cü ilin oktyabrında Cüfr ən-Nəsr geri alınması kimi hücum əməliyyatlarında iştirak etmişdilər.[5] Onlar 2015-ci ilin fevralında fəaliyyətlərini müvəqqəti dayandırmışdılar,[5] lakin mart ayında İkinci Tikrit döyüşündə fəallıq göstərmişdilər.[6]