BDU Fizika fakültəsi

Bakı Dövlət Universitetinin Fizika fakültəsiBakı Dövlət Universitetinin Fizika fakültəsi.

Fizika fakültəsi
Bakı Dövlət Universiteti
Yaradılma tarixi 1919
Dekan Bəxtiyar Paşayev
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt physics.bsu.edu.az

Fizika fakültəsinin əsası 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fizika kafedrasının yaradılması ilə qoyulmuşdur. 1920-ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılmış, ilk dekanı prof. V. F.Razdorski olmuşdur. 1958-ci ildən Fizika fakültəsi müstəqil fəaliyyətə başlamış, dekanı dos. Mədət Sərdarlı olmuşdur. Sonrakı illərdə fakültənin dekanı vəzifəsində prof. Kəriş Köçərli (1963–1965), prof. Abdulla Muxtarov (1965–1967), prof. Əlicavad Cavadov (1967–1970), prof. Faiq Sadıxov (1973–1978), prof. Sabir Hacıyev (1978–1988), prof. Əhməd Abdinov (1988–1989), prof. Qəhrəman Ağayev (1989–1994), prof. Rəsul Muradov (1994–2004), prof. Rasim Məmmədov (2004–2012) çalışmışlar. 2012-ci ildən fakültənin dekanı prof Məhəmmədəli Ramazanovdur.

Fakültədə təhsil forması əyanidir. Fənnlər Azərbaycan, rus və ingilis dillərində tədris olunur. Fakültədə 2 ixtisas (fizika və fizika müəllimi) üzrə 1013 tələbə, o cümlədən, "Fizika" ixtisası üzrə 444 (azərbaycan bölməsində 359, rus bölməsində 31, ingilis bölməsində 54), "Fizika müəllimliyi" ixtisası üzrə 569 (azərbaycan bölməsində 502, rus bölməsində 67) bakalavriat səviyyəsində təhsil alır. 17 ixtisas üzrə 103 nəfər magistratura (o cümlədən __ Fziikanın tədrisi 9) səviyyəsində təhsil alır. Hazırda 39 nəfər doktoranturada (o cümlədən, fəlsəfə doktoru üzrə 19 nəfər, elmlər doktoru üzrə 20 nəfər) təhsil alır. Fakültədə 9 kafedra, 2 elmi-tədqiqat və 26 tədris laboratoriyası fəalliyyət göstərir. Hazırda fakültədə təhsil alan tələbə və magistrantlarla 85 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 2-si AMEA-nın müxbir üzvü, 23-ü elmlər doktoru, professordur.

  1. Ümumi fizika və Fizikanın tədrisi metodikası kafedrası
  2. Optika və molekulyar fizika kafedrası
  3. Nəzəri fizika kafedrası
  4. Maddə quruluşu kafedrası
  5. Bərk cisimlər fizikası kafedrası
  6. Yarımkeçiricilər fizikası kafedrası
  7. Fiziki elektronika kafedrası
  8. Astrofizika kafedrası
  9. Nanomaterialların kimyəvi fizikası kafedrası

Laboratoriyalar

[redaktə | mənbəni redaktə et]
  1. Mexanika-molekulyar fizika
  2. Elektrik
  3. Optika
  4. Atom fizikası
  5. Nüvə fizikası
  6. Radiofizika
  7. Yarıkeçiricilər fizikası
  8. Yarıkeçiricilərin texnologiyası
  9. Emissiya elektronikası
  10. Vakuum texnikası və plazma elektronikası
  11. İfrat yüksək tezliklər elektronikası
  12. Astrofizika
  13. Nanomaterialların kimyəvi fizikası

1993-cü ilə kimi fizika fakültəsinin bakalavriat səviyyəsində kadrların hazırlığı "Fizika" və "Tətbiqi fizika" ixtisasları üzrə, 1994-cü ildən "Fiziki elektronika", 2005-ci ildən əlavə olaraq "Fizika" və "Astronomiya" ixtisasları üzrə aparılmışdır. 2009-cu ildə etibarən kadr hazırlığı yalnız "Fizika" və "Fizika" müəllimliyi" ixtisasları üzrə aparılır. 1997–98-ci tədris ilindən magistratura təhsil səviyyəsində kadr hazırlığına başlanmışdır.

Fakültənin 9 kafedrasında fizikanın aktual problemləri üzrə elmi-tədqiqat işləri aparılır. Həmin işlərin mühüm nəticələri müntəzəm keçirilən elmi seminarlarda və fakültənin elmi şurasında geniş müzakirə olunur və dövri mətbuatda nəşr olunurlar.

Fakültənin bir çox məzunları Respublikada tanınmış alimlərdir: akademik M. K. Kərimov AMEA-nın prezidentidir, N. A. Quliyev, B. M. Əsgərov, F. M. Həşimzadə, A. M. Paşayev, E. Y. Salayev, AMEA-nın akademikləridir, T. C. Cəfərov, S. A. Hacıyev, R. H. Hüseynov, V. A. Hüseynov, A. İ. Muxtarov, Y. M. Seidov, V. İ. Tahirov, B. H. Tağıyev, AMEA-nın müxbir üzvləridir. Professorlar R. R. Rzayev (Yüksək enerjilər fizikası institutu, Serpuxov), B. K. Kərimov (Moskva Dövlət Universiteti), F. P. Kəsəmənli (Sankt Peterburq Politexnik İnstitutu), V. V. Evseev (Elmi Nəzəri İnstitut, Dubna), R. M. İmanov (Kristalloqrafiya İnstitutu, Moskva) və b. Fizika fakültəsinin məzunları kimi elmdə böyük uğurlar qazanmışlar. Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau 1922–1924-cü illərdə fizika-riyaziyyat fakültəsində təhsil almışdır.