Sərxan Muxtarov

Sərxan İlqar oğlu Muxtarov (26 iyun 1988; Sarıqamış, Xanlar rayonu, Azərbaycan SSR12 yanvar 2021; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı.

Sərxan Muxtarov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sarıqamış, Xanlar rayonu, Azərbaycan SSR
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Qubadlı, Azərbaycan
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası İlqar Muxtarov
Təhsili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü

Azərbaycan Quru Qoşunları (əvvəl)

Sərhəd Qoşunları (sonra)
Xidmət illəri 2006—2020
Rütbə Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Laçın döyüşləri
 • Zəngilanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərxan Muxtarov 26 iyun 1988-ci ildə Xanlar rayonunun (indi Samux rayonuna aiddir) Sarıqamış kəndində anadan olmuşdur. 2005-ci ildə Gəncə şəhər 36 nömrəli tam orta məktəbi bitirmişdir. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sərxan Muxtarov 2009-cu ildə "Motoatıcı” ixtisası üzrə ali hərbi təhsilini aldıqdan sonra leytenant ilkin hərbi zabit rütbəsi alımışdır.

İkinci Qarabağ müharibəsi dövründə mayor Sərxan Muxtarov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, QubadlıSərhəd Qoşunlarında hərbi xidmətdə olmuşdur.

Azərbaycan Ordusunun mayoru olan Sərxan Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, LaçınınZəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Vətən müharibəsi bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhid olmuşdur. Sürücüsü əsgər Məcid Səfərov isə həmin hadisədə ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir.

Sərxan Muxtarov Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Dünən şəhid olan hərbçimiz dəfn olundu