Sətirlər (Turan Uğur)

Sətirlər

DünyaAzərbaycan ədəbiyyatının poetik nümunələrilə ömürlərə sətir-sətir yazılacaq "Sətirlər" verilişi AzTV-nin "Mədəniyyət" kanalında hər həftənin 4-cü günü saat 21:15 də yayımlanır. İlk buraxılışı 2019-cu ilin aprelin 1 də efirə gedən proqram məşhur İspan şairi Federiko Qarsia Lorkaya həsr olunmuşdu. Proqramın ssenari müəllifi "Mədəniyyət" kanalının "Buraxılış və əlaqələndirmə şöbəsinin" redaktoru, gənc şair Turan Uğurdur.(İsmayılzadə Turan Asif oğlu) Verilişin aparıcısı: Xalq artisti, füsunkar aktrisamız, Mehriban Zəkidir. Verilişin redaktoru: Yazıçı, jurnalist Azər Qismətdir. Verilişin quruluşçu rejissoru: Bəhram Yaqublu, quruluşçu operatoru Müşfiq Qasımovdur. Baş redaktor: Əməkdar jurnalist, Flora Xəlilzadədir. Verilişdə Mikayıl Müşfiq, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Araz, İsmayıl Şıxlı, Nüsrət Kəsəmənli, Camal Yusifzadə, habelə Lorka, Yesenin, Hüqo, Düma, Mopassan kimi ədiblərin həyat və yaradıcılıqlarına yer ayrılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

AzTV Sətirlər verlişi