SU-57

Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21[4], NATO kod adı Felon[5]) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib.

Suxoy Su-57
Су-57
T-50
T-50
Tipi Stels texnologiyası, Döyüşçü-bombardmançı təyyarə
Hazırlayan Suxoy[d], Suxoy Dizayn Bürosu[d]
İstehsalçı  Rusiya
Baş konstruktor A.N. Davidenko
Dizayner Suxoy KB
İlk uçuş 29 yanvar 2010
İstismara verilmə tarixi 2018
Status Prototip
İstismarçılar  Rusiya
Buraxılış sayı 10 (prototip)[1]
Hazırlanma dəyəri 8–10 milyard [2] mln. ABŞ dolları
Vahidinin qiyməti 47.5–57[3] mln. ABŞ dolları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər. Rusiya qırıcısının bortunda qüvvətli radioelektron lakasiya sistemi də yerləşdiriləcək.[6] “T-50” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub. Qırıcının ixracat versiyasının seriya istehsalına 2020-ci ildə başlanması nəzərdə tutulub.[7] Su-57 qırıcısı nüvə silahının çatdırılması üçün əsas platforma deyil, lakin onun yüksək texnoloji manevr qabiliyyəti nüvə silahını çatdırmaq üçün daha operativ imkanlar yaradır.[8]

1980-ci illərin sonunda Sovet İttifaqı 1990-cı illərdə xidmətə qəbul edilmək üçün növbəti nəsil qırıcı təyyarə hazırlanmasına ehtiyac duyurdu. Layihə İ-90 adlandırıldı və qırıcı təyyarənin yerdəki hədəfləri yüksək effektivliklə məhv etməsi nəzərdə tutulurdu. Yeni təyyarənin ön cəbhə döyüş təyyarəsi kimi Miq-29Su-27-ləri əvəz etməsi gözlənilirdi. Layihənin də məhz bu tələblərə cavab verməsi gözlənilirdi, buna uyğun isə Miq korporasiyasının təklif etdiyi Miq-1.44 layihəsi seçildi. Layihədə iştirak etməməsinə baxmayaraq, Suxoy korporasiyası 1990-cı illərdə bu proqramın tələblərinə uyğun qırıcı təyyarənin layihələndirilməsinə başladı. Yeni təyyarənin adı Su-37, daha sonra Su-47 adlandırıldı. Sovet İttifaqının dağılmasından sonra baş verən maliyyə çətinliklərinə görə proqram bir neçə dəfə təxirə salındı, nəticədə ilk Miq-1.44 təyyarəsi planlaşdırılandan 9 il sonra, 2000-ci ildə sınaq uçuşuna başladı. Son nəticədə Miq-1.44 təyyarəsinin layihəsi ləğv olundu və PAK FA yeni nəsil qırıcı təyyarəsinin layihələndirilməsinə başlanıldı.

Su-57 ikinci mərhələ mühərriki ilə ilk sınaq uçuşunu 2017-ci ilin dekabrında həyata keçirib, uçuş 17 dəqiqə davam edib.[9] Rusiya müdafiə sənayesi naziri Denis Manturov bəyan edib ki, Su-57-lərin yeni mühərriklərlə daimi sınaqları 2018-ci ilin yay aylarında başlayacaq və üç ilədək davam edəcək.[10] 2018-ci ilin əvvəlində 4 ədəd beşinci nəsil Su-57 qırıcısı Suriyadakı döyüş sınağını uğurla başa vurub.[11] Su-57-lər Suriyada radar sistemləri və elektron hərbi təchizatları sınaqdan keçirib və döyüş əməliyyatlarında iştirak etməyiblər.[12]

Rusiya qırıcılarının stels texnologiya ilə bağlı onillərdir ki, həll edilməyən problemləri, bəzi potensial müştərilərdə “Su-57”nin 5-ci nəsil qırıcılarına aid olduğuna dair şübhələr yaratmağa başlayıb. “Su-57” qırıcısının təxminən 110 milyon dollara satılacağı ehtimal olunur. Su-57 qiyməti analoji Çin və ABŞ istehsalı 5-ci nəsil qırıcılarından daha bahadır.[13] 5-ci nəsilə qarşı irəli sürülən bir çox vacib xüsusiyyətlər “Su-57” tərəfindən əldə olunmayıb, bu istiqamətdə bir çox fəaliyyətlər 2020-ci ildə hələ də həyata keçirilirdi. “Su-57” qırıcısının mühərriki hələ də kreyser sürətində forsajsız səsdən yüksək sürəti əldə edə bilmir, müasir RLS, çoxfunksiyalılıq, stels texnologiyanın əldə edilməsi illərdir həllini tapa bilmir, pilot dəbilqələri 5-ci nəsil üçün uyğun gəlmir.[14]

Sınaq nümunələri

[redaktə | mənbəni redaktə et]
Nümunə Bort nömrəsi Qeyd
T-50-0 Yerdə statik sınaqlar üçün nümunə
T-50-KNS Yer sınaqları üçün kompleks stendi
T-50-1 051 İlk uçuş prototipi. İlk uçuş 29 yanvar 2010-cu ildə baş tutub[15][16].
T-50-2 052 İkinci uçuş prototipi. İlk uçuşu 3 mart 2011-ci ildə baş tutub[16][17].
T-50-3 053 Üçüncü uçuş prototipi. İlk uçuşu 22 noyabr 2011-ci ildə baş tutub[16][17].
T-50-4 054 Dördüncü uçuş prototipi. İlk uçuşu 12 dekabr 2012-ci ildə baş tutub[16][17].
T-50-5/T-50-5R 055 Beşinci uçuş prototipi. İlk uçuşu 27 oktyabr 2013-cü ildə baş tutub[16][17]. Təmirdən sonra T-50-5R indeksi ilə adlandırılıb, ilk uçuşu 16 oktyabr 2015-ci ildə olub.[17]
T-50-6 056 Altıncı uçuş prototipi. İkinci mərhələdəki ilk prototipidir. İlk uçuşu 27 aprel 2016-cı ildə baş tutub[16][17].
T-50-7 İkinci mərhələdə yerdəki statik sınaqlar üçün ilk prototipidir.
T-50-8 058 Yeddinci uçuş prototipi. İkinci mərhələ prototipidir. İlk uçuşu 17 noyabr 2016-cı ildə baş tutub[16][17].
T-50-9 509 Səkkizinci uçuş prototipi. İkinci mərhələ prototipidir. İlk uçuşu 24 aprel 2017-ci ildə baş tutub[18][19].
T-50-10 510 Doqquzuncu uçuş prototipi. İkinci mərhələ prototipidir. İlk uçuşu 23 dekabr 2017-ci ildə baş tutub[20].
T-50-11 511 Onuncu uçuş prototipi. İkinci mərhələ prototipidir. Sınaq partiyasının sonuncu modelidir. İlk uçuşu 6 avqust 2017-ci ildə baş tutub[21].

Seriya istehsalı

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin may ayında Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Rusiya ordusu üçün 2027-ci ilə qədər bu təyyarələrdən 76 vahid sifariş veriləcək. Bir şərtlə ki, istehsalçı zavod təyyarələrin maya dəyərini artırmasın. O, müvafiq müqavilənin yaxın vaxtlarda imzalanacağını bildirib. Müqavilənin dəyəri 170 milyard rubl yaxın ola bilər.[1] Təyyarələr Xabarovsk diyarında yerləşən Yuri Qaqarin adına Komsomolsk-na-Amure aviasiya zavodunda istehsal olunur[22].

Lakin lahiyələndirilən Su-57 ilə istehsal olunan təyyarə arasında fərqlər var. Layihədə Su-57 güclü “Saturn Izdeliye 30” mühərriki ilə inşa ediləcəkdi. Buna baxmayaraq, qiymət və keyfiyyətə nəzarətlə bağlı narahatlıqlar rus mühəndisləri onun daha köhnə və zəif AI-41 mühərriki olan prototipini, daha sonra seriya modellərini istehsal etməyə vadar etdi. Növbəti modellərdə hansı mühərrikindən istifadə ediləcəyi ilə bağlı məlumat verilməyib. Qərb analitikləri “Izdeliye 30” mühərrikli Su-57 təyyarəsinin 2027-ci ildə hazır olacağını bildirirlər.[23] Rusiya Müdafiə Nazirliyi “Su-57” qırıcılarının Rusiya Hərbi Hava Qüvvələrinə tədarükünün iki mərhələdə planlaşdırıldığını bildirib. Birinci mərhələdə 2020-ci illərin ortalarına qədər dördüncü nəsil mühərrik, 2025-ci ildən sonra isə beşinci nəsil mühərrik ilə tədarük olunacaq.[24] 24 dekabr 2019-cu ildə ilk seriya istehsalı olan Su-57 qırıcısı sınaq uçuşları zamanı qəzaya uğrayıb. Rusiya Federasiyasının Aerokosmik Qüvvələri ilk seriya istehsalı olan Su-57 qırıcısını 2020-ci ilin dekabr ayında əldə edib.[25]

  • 10 iyun 2014-cü ildə beşinci prototip olan T-50-5 test uçuşları zamanı mühərrikində olan alışma nəticəsində zədə alaraq yerə enib. Pilot heç bir xəsarət almayıb. Qəzadan sonra Suxoy şirkəti bildirib ki, təyyarə təmir olunacaq və T-50-nin test uçuşlarında heç bir maneə olmayacaq.
  • 24 dekabr 2019-cu ildə ilk seriya istehsalı olan Su-57 qırıcısı sınaq uçuşları zamanı qəzaya uğrayıb. İnsident Xabarovsk vilayətində, Dzemqi aerodromundan 111 kilometr məsafədə baş verib. Pilot katapult edə bilib və sağ qalıb, onu Mi-8 vertolyotu ilə evakuasiya ediblər. Qəzada əsas versiya kimi texnikanın nasazlığı və pilot səhvi nəzərdən keçirilir.[26]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Pilot: 1
  • Uzunluq: 19.8 m
  • Qanad açıqlığı: 14 m
  • Yüksəklik: 6.05 m
  • Qanad sahəsi : 78.8 m²
  • Boş ağırlıq: 18,500 kq
  • Yüklü ağırlıq: 26,000 kq
  • Döyüş yükü: 7,500 kq
  • Maksimum qalxmaq ağırlığı: 37,000 kq
  • Mühərriklər: 2× NPO Saturn və FNPTS MMPP Salyut 175 kN
  • Yanacaq tutumu: 10,300 kq
  • Maksimal sürəti saatda 2600 kilometrdir.
  • Məsafə: 3,500 km
  • Çəkmə gücünün çəkiyə nisbəti: 1.02 ( Saturn 117) -1.16 ( İzdeliye 30)
  • Manevr qabiliyyəti: +9g
  • Maksimum qalxma yüksəkliyi: 20,000 m

Beynəlxalq iştirakçılar

[redaktə | mənbəni redaktə et]

Hindistan bu təyyarənin inkişaf və istehsal etdirilməsi üçün FGFA proqramının üzvü olub. Bu layihə üzrə Rusiyanın T-50 qırıcısının ixrac variantının prototipi olan və bu yaxınlarda Su-57 adlandırılan təyyarənin istehsal olunması nəzərdə tutulur. Hökumətlərarası statusa malik olan ilk razılaşma, Rusiya Federasiyası və Hindistan arasında 2007-ci ildə imzalanıb. İş birliyində iştirak etmək üçün maliyyə şərtləri 2010-cu illə eyni idi, yəni Rusiya Federasiyası və Hindistan 2020-ci ilə qədər layihəyə 12 milyard dollar (hər tərəf altı milyard dollar) sərf etməli idi. Başlanğıcda təxminən 400 ədəd FGFA-nın tətbiqinin ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edirdi, yəni bir qırıcı üçün 75 milyon dollar. FGFA proqramının davam etdirilməsi üçün, Hindistan tərəfi iki şərt irəli surür. Bunlardan birincisi, bütün texnologiya təyyarələrlə birlikdə Hindistan tərəfinə verilməlidir. İkincisi isə, rəsmi Dehli FGFA proqramı çərçivəsində yerli aviasiya şirkətlərinə AMCA tipli yeni nəsil döyüş təyyarələrinin layihələrinin işlənməsində irəlləyişə nail olmalarına imkan yaratmaq istəyirdi. 2017-ci ilin fevralında FGFA çərçivəsində, hind tərəfinin tələbləri nəzərə alınmaqla, layihənin ikinci mərhələsinə başlanılmalı idi. Rəsmi Dehli layihə çərçivəsində 40-dan çox əlavə tələb sürüb.[27]

Dehli layihə işləri başladıqdan sonra hiss etdi ki, həmkarları 5-ci nəsil təyyarələrə qarşı sürülən tələblərə cavab verəcək nəticələrə tam nail ola bilmir. Hindistanlıların fikrincə layihələndirmədə əsas çatışmamazlıqlar bunlar idi:

  • silahların zəif imkanları,
  • stels texnologiyanın lazımi səviyyəyə çatmaması,
  • mühərrik istifadəsi üçün müasirləşdirilmə komponentinin olmaması

Rusiya tərəfi bir sıra mühərrik və raket silahlanması ilə əlaqədar Hindistan tələblərinin haqlı olduğunu qəbul etdi. Bu səbəbləri əsas gətirən Hindistan tərəfi müqavilənin həcminə görə əlavə sərmayə qoymaqdan imtina etdi.[28]

2017-ci ilin oktyabr ayında Hindistan Hərbi Hava Qüvvələrinin komandanlığı Hindistan ordusu üçün “Su-57”nin bazasında 5-ci nəsil qırıcıların yaradılmasını nəzərdə tutan “Fifth Generation Fighter Aircraft” (FGFA) layihəsinin dayandırılmasını tələb edib. Hindistanın Hərbi Hava Qüvvələri tərəfindən yayılan məlumata görə, FGFA proqramı onların tələblərinə cavab vermir və bu layihə çərçivəsində “F-35”in imkanlarına sahib qırıcı əldə etmək mümkün olmayacaq. Bu baxımdan, hazırda Hindistanın Hərbi Hava Qüvvələri FGFA proqramını davam etdirmək fikrinə deyil.[29]

2019-cu ildə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, əgər ABŞ Türkiyəyə F-35-i satmaqdan imtina edərsə, Ankara digər ölkələrdən qırıcı təyyarələr alacaq. Rusiya KİV-ləri isə bu təyyarələrin Su-57 ola biləcəyini irəli sürüblər.[30] Həmin ilin avqust ayında Türkiyə prezidenti Rəcəb Ərdoğan F-35 təyyarələrinin Türkiyəyə satılmayacağı halda Su-57 qırıcılarının alınması və birgə istehsalı ilə bağlı Rusiya ilə danışıqların aparıldığını bildirib.[31]

  1. 1 2 Putin bu supertəyyarədən 76 vahid sifariş verir[ölü keçid]
  2. "PAKFA". 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-31.
  3. "Sukhoi PAKFA". 2015-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-27.
  4. Журнал «Взлёт» № 12 / 2005. Впервые представлены общие данные о главной перспективной военной программе «Сухого» — программе разработки Перспективного авиационного комплекса фронтовой авиации (ПАК ФА), имеющего также названия И-21 и заводской индекс Т-50 (оба эти наименования публикуются «Сухим» официально впервые).
  5. Su-57-nin NATO-dakı kod adı açıqlanıb[ölü keçid]
  6. RUSİYANIN STELS TEXNOLOGİYALI SUPER SİLAHI- “T-50 PAK FA” qırıcı təyyarəsi Vaqif NƏSİBOV
  7. Rusiya “T-50 PAK FA”ların seriya istehsalına başlayır Arxivləşdirilib 2016-01-25 at the Wayback Machine Ömər Dağlı
  8. "Rusiyanın Su-57 qırıcısı Pentaqonun kefini pozub". 2018-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.
  9. "Su-57-nin ikinci mərhələ mühərriki ilə ilk uçuşu baş tutub - VİDEO". 2017-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.
  10. Rusiyada Su-57 qırıcılarının son sınaqlarının vaxtı açıqlanıb[ölü keçid]
  11. Rusiya MN: Su-57-lər Suriyadan geri dönüb[ölü keçid]
  12. Su-57-nin Suriyaya yerləşdirilməsinin məqsədi aydın olub[ölü keçid]
  13. "Rusiya və Qərb ölkələrinin HHQ imkanlarının müqayisəsi - HƏRBİ EKSPERT (ANALİZ) - II YAZI". 2020-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  14. "Rusiya və Qərb ölkələrinin HHQ imkanlarının müqayisəsi - HƏRBİ EKSPERT (ANALİZ) - I YAZI". 2020-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  15. Sitat səhvi: Yanlış <ref> teqi; first_flight adlı istinad üçün mətn göstərilməyib
  16. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2017-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  17. 1 2 3 4 5 6 7 Sitat səhvi: Yanlış <ref> teqi; prototypes adlı istinad üçün mətn göstərilməyib
  18. "Первые фотографии самолёта Т-50-9". bmpd. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  19. "Девятый экземпляр российского истребителя пятого поколения поднялся в воздух". Lenta.ru. 2017-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  20. "Совершил первый полет последний Су-57, — источник". Рамблер/новости. 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  21. "Новый экземпляр Су-57 совершил свой первый полет, — источник". Naked Science. 2017-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  22. Moskva Su-57-lərin kütləvi istehsalına başlandığını bəyan edib[ölü keçid]
  23. "Rusiyanın stels Su-57-si müharibəyə hazırdırmı?". 2019-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  24. "Rusiya "Su-57"lər üçün 5-ci nəsil mühərriki 2025-ci ildən sonra təqdim edəcək". 2020-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
  25. Rusiya Aerokosmik Qüvvələri 5-ci nəsil Su-57-lər aldı[ölü keçid]
  26. "Rusiyada Su-57 qırıcısı qəzaya uğradı". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-25.
  27. "Hind aviabazarında ABŞ-Rusiya rəqabəti: Su-57 yoxsa F-35? - Hərbi ekspert (ARAŞDIRMA)". 2018-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.
  28. FGFA layihəsinin çətin taleyi: Hindistan Rusiyanı təhdid edir[ölü keçid]
  29. "Hindistan-Rusiya birgə "FGFA" proqramı dayandırıldı". 2017-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.
  30. ""F-35 proqramı iflasa məhkum olacaq" - Ərdoğan". 2019-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
  31. "Türkiyə Su-57 qırıcıları almaq üçün danışıqlar aparır". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-31.