Saəlim ibn Əmr ibn Abdullah

Səlim ibn Əmr ibn Abdullah (ərəb. سالِم بن عَمْرو بن عَبْدالله‎) — Kərbəla döyüşündə şəhid. O, Müslüm ibn Əqilin qiyamında onu müşayiət etdi və Müslümün şəhadətindən sonra Hüseyn ibn Əlinin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi.

Səlim ibn Əmr ibn Abdullah

سالِم بن عَمْرو بن عَبْدالله
Vəfat tarixi
Vəfat yeri Kərbəla, İraq
Vəfat səbəbi Kərbəla döyüşündə şəhid
Milliyyəti ərəb
Dini İslam

Müslüm ibn Əqilə qoşulması

[redaktə | mənbəni redaktə et]

Səlim ibn Əmr ibn Abdullah Bəni-Mədinə əl-Kəlbi qəbiləsinin xidmətçisi idi. O, Kufədə yaşayırdı.[1] Səlim Müslüm ibn Əqilə qiyamda kömək etdi və Müslümün şəhadətindən sonra Kəsir ibn Şəhab tərəfindən həbs olundu. O, Übeydulla ibn Ziyadın zindanından qaçıb öz qəbiləsi ilə birlikdə gizlənməyi bacardı.[2]

Hüseyn ibn Əliyə qoşulması

[redaktə | mənbəni redaktə et]

Hüseynin karvanı Kərbəlaya çatdıqdan sonra Səlim və Bəni-Kəlbdən bir neçə nəfər Hüseynin ordusuna qoşuldu. Aşura günü şəhid oldu.[1] Səlim Aşura günü ilk hücumda şəhid oldu.[3] Lakin başqa bir mənbədə Səlimin ilk şəhidlər arasında adını çəkmir.[4]

Ziyarə əş-Şühəda variantında Salim Kərbəla şəhidi kimi qeyd olunur:[5] “Bəni-Mədinə Kəlbinin qulu Səlimə salam olsun”.[6] Lakin ilkin şiə tarix və rical mənbələrində Kərbəla şəhidləri arasında Səlimin adı çəkilmir.[5]

  1. 1 2 Mamaqānī. Tanqīḥ al-maqāl. 2. 5. 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  2. Ḥāʾirī Shīrāzī. Dhakhīrat al-dārayn. 431. 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  3. Samāwī. Ibṣār al-ʿayn. 160. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  4. Shahrāshūb. al-Manāqib. 4. 113. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  5. 1 2 Shūshtarī. Qāmūs al-rijāl. 4. 613. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  6. Majlisī. Biḥār al-anwār. 45. 72. 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.