Saadabad sarayı (fars. مجموعه سعدآباد Majmue ye Sa’dābād) – Qacar və Pəhləvi şahları tərəfindən tikilmiş 300 hektarlıq saray kompleksi. İranın Tehran ostanının paytaxtı Şemiran şəhərində yerləşir. Hazırda İran prezidentlərinin iqamətgahı bu saray kompleksinə bitişikdir.
Saadabad sarayı | |
---|---|
Majmue ye Sa’dābād | |
Ümumi məlumatlar | |
Növü | bina |
Ünvan | Dərbənd, Zəfəraniyə, Tacriş, Vali-Asr küçəsi |
Ölkə | İran |
Şəhər | Tehran |
Koordinatlar | 35°49′02″ şm. e. 51°25′24″ ş. u. |
Dizayn və konstruksiya | |
Memar | Hüseyn Behzad |
Veb-sayt | |
caroun.com/Museums/IranM… | |
Vikianbarda əlaqəli mediafayllar |
Kompleksə sahəsi 300 hektardan çox olan təbii meşə, küçələr, kəhrizlər, qalereyalar və muzeylər daxildir
Kompleks ilk öncə Qacarlar tərəfindən XIX əsrdə tikilmiş və istifadə olunmuşdur. Daha sonra Rza şah Pəhləvi 1920-ci illərdə burada yaşamış, Məhəmməd Rza Pəhləvi 1970-ci illərdə buraya köçmüşdür. 1979-cu il inqilabından sonra saray kompleksi muzeyə çevrilmişdir.
Hazırda kompleksin hissələri muzeydir və turistlər ətrafda dolaşa bilərlər. Saray kompleksi İran Mədəni İrs Təşkilatı tərəfindən idarə olunur. Ölkənin bir çox artefakt, yer və mədəni aspektlərinə nəzarət bu təşkilata məxsusdur.