Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون — sa‘adiyūn) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər.
Tarixi dövlət | |
Səədi sultanlığı | |
---|---|
|
|
Dilləri | ərəb dili[1] |
Rəsmi dilləri | |
İdarəetmə forması | knyazlıq[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur [2]. Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar [3]. Saadilər Məğribdə sufizmi yayırdılar.
Vattasid sülaləsi dərin böhran içində idi, hökmdarın nüfuzu təmamilə düşmüşdü. Onlar ölkəni portuqalların istilasından qorumaq iqtidarında deyildi. Bu zaman Saadilər dini qardaşlıqların və marabutların qaldırdığı üsyanın başında dayandılar. İlk Saadi şərifi Əbu Abdulla əl-Qaim (1509-1517) üsyanın lideri oldu və Cənubi Mərakeş ərazisini istiladan qorumağı bacardı. Saadilər portuqalların Aqadir şəhərini ələ keçirməyə müvəffəq oldular və 1549-cu ildə Vattasid dövlət başçısı Bu Hassunu devirməyə müvəffəq oldular. 1549-cu il bu sülalənin Mərakeşdə hakimiyyətinin başlanğıcı hesab olunur.
Saadi sülaləsinin ən məşhur şerifi Mərakeşi idarə edən Əhməd əl-Mansur idi (1578-1603-cü illərdə hökmranlıq etmişdir). O, portuqalları Mərakeşdən qovmağı bacardı. Sonqai imperiyasını öz təsir dairəsinə daxil etdi və onların paytaxtı Timbuktunu fəth etdi. Eyni zamanda Əhməd əl-Mansur ölkəni Osmanlı istilasından qorudu.
Saadilərin paytaxtı əvvəlcə Tarudant, sonra isə Mərakeş oldu. Mərakeş şəhərində Saadilərin məzar türbələri hələ də qorunub saxlanmaqdadır.
Saadilərin hakimiyyəti dövründə dəniz quldurları Sale şəhər limanında bir növ muxtar respublika yaratdılar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşə nəzarət ölkədə hələ də hakimiyyətdə olan Alauitlər sülaləsinə keçdi.