Sabanejewia aurata

Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü.

Qızılı ilişgən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Qızılı ilişgən
Beynəlxalq elmi adı

Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün KürAraz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur. Qızılı ilişgənin rostrumu digər ilişgənlərə nisbətən daha uzun olur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Şirin su balığıdır. Böyük və kiçik çaylarda yaşayır. Uzunluğu 100 mm-ə çatır. Mingəçevir yaxınlığında Kürdən tutulmuş balıqların uzunluğu 35–75, ortalama 54 mm olmuşdur. Əsas hissə 50–60 mm-lik fərdlərdən ibarət olmuşdur. Qidasını kiçik su cücüləri və bitki detriti təşkil edir. Mədəsində yay zamanı çoxlu miqdarda tendipedid sürfələri, nisbətən az miqdarda diatom yosunları, bəzən də olqoxetlər və habelə göy-yaşıl yosunlar tapılır.[2]

Kürülər hissə ilə yetişir. Dişilər 48, erkəklər 40 mm uzunluqda cinsi yetkinliyə çatır. Yetişməsi hissə-hissədir. 64–69 mm-lik balıqların məhsuldarlığı 1138–1209 iri kürü olmuşdur. Alazan çayında iyul ayının axırlarında tutulan balıqların hamısında cinsi məhsullar yetişmiş halda idi. Bu da onların Alazan çayında çox gec kürü tökməyə başladığını gğstərir. Kürün aşağı hissələrindəki su hövzələrində qızılı ilişgən daha erkən kürü tökür.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qızılı ilişgən balığının heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003.