Sabanejewia caspia

Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü.

Xəzər ilişgəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Xəzər ilişgəni
Beynəlxalq elmi adı
  • Sabanejewia caspia[1]

Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir. Quyruq gövdəsinin qıraqları ilə daraqvari dəri qırış uzanır. Quyruq üzgəcinin əsasında iki tünd,bəzən qara xal olur. Uzunluğu 65 mm-ə çatır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Şirin sularda yaşayır, durğun və yavaş axan bitkili sahələrə üstünlük verir.

Uzunlğu 35 mm çatanda cinsi yetkinliyə çatır. Kürüləri hissə hissə yetişir, 3 ölçüdə olur. 36-45 mm-lik balıqlarda 140-dan 510-a qədər, ortalama 323 iri kürü sayılmışdır. Onların maksimal sayı 955 olmuşdur. Kürütökmə apreldə baş verir. Böyüməsi zəif gedir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Təsərrüfat əhəmiyyəti yoxdur.