Sabina Azema

Sabina Azema (fr. Sabine Florence Azéma; 20 sentyabr 1949[1][2][…], XV arondisman (Paris)[4]) — Fransa aktrisası.

Sabina Azema
fr. Sabine Azéma
Doğum adı Sabine Florence Azéma[4]
Doğum tarixi 20 sentyabr 1949(1949-09-20)[1][2][…] (74 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, kinorejissor, kino aktrisası
Fəaliyyət illəri 1973-cü ildən
Təhsili
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi
IMDb ID0044535
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sabina Azema 20 sentyabr 1949-cu ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, Paris Konservatoriyasını bitirdikdən sonra teatr səhnəsində uğurla çıxış etməyə başlamışdır. Azema 1977-ci ildə kiçik rollarla kinoda debüt etmişdir. O, yalnız 1980-ci illərin əvvəllərində Fransa kinosunun ən böyük ustaları Alen ReneBertran Tavernye onun aktrisalığını kəşf etmişlər. Azema Renenin "Həyat romantikadır" (1983), "Ölümə sevgi" (1984), "Melo" (1986, "Sezar" mükafatı), "Siqaret çəkmə" (1993) və Tavernyenin "Ölkədə bazar günü" (1984, "Sezar" mükafatı) və "Həyat və başqa heç nə" (1990) filmlərində rol almışdır. Aktrisa həmçinin, Rober Enrikonun "Qırmızı zona" (1986) və ya Jerar Urinin "Vanilli çiyələkli dondurma" (1989) kimi ənənəvi kommersiya janrlı filmlərində də rol almışdır.

  1. 1 2 Sabine Azéma // filmportal.de. 2005.
  2. 1 2 Sabine Azema // GeneaStar.
  3. 1 2 Les Acteurs (fr.). Cours Florent.
  4. 1 2 3 doğum haqqında şəhadətnamə.
  5. 1 2 http://www.theguardian.com/stage/2006/oct/04/theatre.health.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]