Sabir Əli oğlu Quliyev (21 mart 1940, Otaqlı, Kəlbəcər rayonu – 7 aprel 2019, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Nəzəri mexanika" kafedrasının professoru, texnika elmləri doktoru.[1][2] Sabir Quliyevin adı dünyanın 100 alimindən biri kimi ABŞ-da yerləşən "MarquisWhoseWho" nəşriyyatı tərəfindən çap edilən "Elmdə kim kimdir" ensiklopediyasının 8-ci bölməsinə salınmışdır.
Sabir Quliyev | |
---|---|
Sabir Əli oğlu Quliyev | |
Doğum tarixi | 21 mart 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 2019 (79 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | nəzəri mexanika |
Elmi dərəcəsi | texnika elmlər doktoru |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Mükafatları | |
Quliyev Sabir |
Quliyev Sabir Əli oğlu 1940-cı ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. O, 1957-ci ildə Kəlbəcər rayonunun orta məktəbini medalla bitirmiş, Azərbaycan Politexnik İnstitutunun mühəndis mexanik-maşınqayırma texnologiyası ixtisasına daxil olmuşdur. Universiteti bitirdikdən sonra 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına "Elastiklik və plastiklik nəzəriyyəsi" ixtisası üzrə qəbul olmuş, 1971-ci ildə isə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1975-ci ildən başlayaraq Sabir Quliyev öz elmi axtarışlarını, SSRİ Elmlər Akademiyasının "Mexanikanın Problemləri" İnstitutunda dünya şöhrətli alim, prof. D.İ.Şermanın rəhbərliyi altında davam etdirmişdir. 1988-ci ildə o, Moskvada "Mürəkkəb həndəsəyə malik ikirabitəli cisimlərin gərginlik vəziyyətinin müəyyən edilməsi" adlı doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
Sabir Quliyev 1963-cü ildən 2019-cu ilə kimi ali məktəbdə müəllim vəzifəsində çalışmışdır. O, 1963- 1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun, 1975-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi olmuşdur.
Sabir Quliyev deformasiyaya uğrayan bərk cisimlər mexanikası sahəsində 40 ilə yaxın elmi axtarışlar nəticəsində 100-dən çox elmi məqalə və 13 kitab çap etdirmişdir.
Elmi işlərin əksəriyyəti Rusiyanın Elmlər Akademiyasının akademik nəşrlərində ("Mexanika Tverdoqo Tela" - MTT, "Prikladnaə Matematika i Mexanika" - PMM jurnallarında), Ukrayna EA nəşrlərində ("Prikladnaə Mexanika" - PM), Azərbaycan Respublikasının EA nəşrlərində (Elmlər Akademiyasının Məruzələri, Elmlər Akademiyasının Xəbərləri), həmçinin ABŞ, İngiltərə, Kanada, Almaniya, Yaponiya və i.a. ölkələrin ən mötəbər elmi jurnallarında dərc olunub.
Bunlarla yanaşı, professor Sabir Quliyevin Nəzəri mexanikanın bütün bölmələri üzrə (statika, kinematika və dinamika) 5 dərs vəsaiti-kitabları çap olunub.
Dunyanın ən nüfuzlu elmi, texniki, tibbi məlumat və analitik şəbəkəsi Elsevier Publishing Company tərəfindən nəşr olunan əsərləri aşağıdakılardır:
Alimin 2017-ci ildə "Springer" beynəlxalq nəşriyyatı tərəfindən Koreyada nəşr olunan "Journal of Mechanical Science and Technology" jurnalında "A variant of the polygonal plate oscillation problem solution" adlı məqaləsi dərc olunub.[1]
2018-ci ildə Sabir Quliyevin Almaniyada da monoqrafiyası ingilis dilində nəşr olunub. "Lambert" akademik nəşriyyatında çap olunan kitab "Mürəkkəb həndəsəyə malik konturların konform inikas funksiyaları" adlanır. Kitabda kompleks ədədlər, kompleks dəyişən funksiyalar və konform inikas funksiyalar haqqında əsas məlumatlar şərh olunur. Dünya elm aləmində ilk dəfə professor Sabir Quliyev tərəfindən tapılan bir çox konform inikas funksiyaları bu kitaba daxil edilib. Kitabın son bölməsində konform inikas funksiyaları üzərində aparılan bir çox riyazi əməllər verilib.[2][3]
Bu elmi yeniliklər riyazi elastiklik nəzəriyyəsi üzrə dünya elminə töhfələr verən Azərbaycanda və dünyanın ən məşhur elmi jurnallarında (SCİ indeksli jurnallarda) ABŞ, İngiltərə, Rusiya, Fransa, Yaponiya, Koreya, Ukrayna və s. çap olunmuşdur.
Sabir Quliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur.[4] [5]
4 övladı var. Sabir Quliyev tanınmış aparıcı, İctimai Televiziyanın əməkdaşı Nigar Sabirqızının atasıdır.