Sabir Vəliyev

Sabir Yadigar oğlu Vəliyev (15 may 1942, Yuxarı Zağalı, Basarkeçər rayonu12 dekabr 2020) — Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, "Əməkdar Kənd Təsərrüfatı işçisi" (2008).

Sabir Vəliyev
Vəliyev Sabir Yadigar oğlu
Doğum tarixi 15 may 1942(1942-05-15)
Doğum yeri
Vəfat tarixi 12 dekabr 2020(2020-12-12) (78 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Mükafatları "Şərəf nişanı" ordeni "Əmək şöhrəti" ordeni
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi

Sabir Vəliyev 15 may 1942-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Yuxarı Zağalı kəndində anadan olmuşdur.

Orta məktəbi qurtardıqdan sonra 1960-cı ilin iyul ayından 1961-ci ilin avqust ayına kimi həmin rayonun "Yuxarı Zağalı" kolxozunda işləmişdir.

1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olaraq 1969-cu ildə həmin İnstitutun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962–1965-ci illərdə Sovet ordu sıralarında olmuş, Ordudan qayıtdıqdan sonra ali məktəbdə təhsilini davam etdirmişdir.

1969-cu ildə ali məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Quba kənd təsərrüfatı kadrların təhkimləşmə məktəbinə göndərilmişdir. Həmin ilin dekabrında Ümümittifaq Üzümçülük və Şərabçılıq "Maqaraç" Elmi-Tədqiqat İnstitutunun əyani bölməsinə aspiranturaya daxil olmuşdur (Yalta şəhəri).

Aspiranturanı bitirdikdən sonra SSRİ Yeyinti Sənayesi Nazirliyi tərəfindən Bakıya Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sərəncamına göndərilmişdir.

1974-cü ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almış, 1973–1986-cı illərdə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində böyük aqronom, kənd təsərrüfatı İdarəsinin Rəis müavini və üzümçülük istehsalat Baş idarəsinin Rəisi vəzifəsində işləmişdir.

1977–1986-cı illərdə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Kolleqiya üzvü olmuşdur[1].

Dövlət Aqrar-Sənaye Komitəsinin Yaradılması ilə əlaqədar olraq 1986–1988-ci illərdə komitədə Baş üzüm istehsalı və emalı İdarəsinin, 1988–1989-cu illərdə isə meyvə-tərəvəz, üzüm istehsalı və emalı İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.

Aqrar-Sənaye Komitəsində struktur dəyişiklikləri edildiyinə görə 1989–1990-cı illərdə isə həmin Komitənin Üzümçülük idarəsinin rəisi vəzifəsində çalışmışdır.

1990-cı ilin may ayından 1991-ci ilin iyuluna qədər Respublika Elmi-İstehsalat "Şəfa" birliyinin Baş direktoru — Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsində işləmiş, may 1991-ci ildən iyul 1993-cü ilədək "Azərkəndkimya" Elmi İstehsalat Respublika Birliyinin sədr müavini olmuşdur.

1993-cü ilin iyulundan 1998-ci ilin dekabr ayına kimi Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük İdarəsinin rəisi, dekabr 1998-ci ildən iyun 1999-cu ildək Üzümçülük, meyvə-tərəvəzçilik və çayçılıq sahələrinin koordinasiya İdarəsinin rəisi, iyun 1999-cu idən 2003-cü ilin sentyabr ayınadək Bitkiçilik, toxumçuluq və Aqrokimyəvi xidmət Baş İdarəsinin Rəisi və həmin müddətdən hal-hazıra kimi Aparatın Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində işləyir.

1999–2004-cü illərdə Kənd təsərrüfatı Nazirliyinin Kollegiya üzvü olmuşdur. 2000, 2001, 2002, 2003-cü illərdə Beynəlxalq Peşakər şərab, konyak, şampan şərabı və digər alkoqollu içkilər üzrə Dequstasiya Komissiyasının üzvü seçilərək fəxri diplomlara layiq görülərək qızıl medallarla təltif olunmuşdur.

2002-ci ildən həmin məhsullar üzrə Mərkəzi Dequstasiya Komissiyasının sədridir. 2000–2004-cü illərdə Pistisidlər və aqrokiyəvi maddələrin sınağı və qeydiyyata alınması komissiyasının sədri olmuşdur.

Sabir Vəliyev 2017-ci ildə Müasir Müsavat Partiyasına üzv olmuşdur.[2]

"Şərəf nişanı" orden, "Əmək şöhrəti" medalı ilə təltif olunmuşam. Respublika Prezidentinin 01 noyabr 2008-ci il tarixli fərmanı ilə "Əməkdar Kənd Təsərrüfatı işçisi" fəxri adı verilmişdir.

  1. TANINMIŞ ÜZÜMÇÜLƏR: Vəliyev Sabir [ölü keçid]
  2. "Məşhur alim MMP-yə gəldi - Sabir Vəliyev siyasətə başladı". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.