Yuxarı Zağalı

Yuxarı Zağalı (indiki adı: Aхpradzor) — İrəvan quberniyasının Göyçə mahalında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.

Yuxarı Zağalı
40°06′ şm. e. 45°39′ ş. u.
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.293 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 355 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuxarı Zağalı xəritədə
Yuxarı Zağalı
Yuxarı Zağalı
Yuxarı Zağalı xəritədə
Yuxarı Zağalı
Yuxarı Zağalı

Rayon mərkəzindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kənd həm də Tatar (Azərbaycanlı) Zağalısı adlandırılmışdır[3]. Kənddən 1 km şərqdə qədim bir kəndin xarabalıqları indi də durur. Eyni zamanda Oğuz qəbiristanlığının qalıqları, albanlara məxsus xaç həykəlləri vardır.

Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il fərmanı ilə kənd ermənicə Ахpradzor adlandırılmışdır.

Toponim Azərbaycan dilində "mağara" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin əlavəsi ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Toponimin əvvəllindəki işlənən "Yuxarı" sözü fərqləndirici əlamət bildirir.

Yuxarı Zağalı kəndi Taşir ZağalısıQızılxaraba da adlanmışdır. Zağalı kəndindən Aşağı Zağalı məntəqəsi yarandıqdan sonra Yuxarı Zağalı adlanmışdır. Kəndin adı zağa, mağara, kaha, sığınacaq adını əks etdirir.

Kənddə 1831-ci ildə 98 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 717 nəfər, 1897-ci ildə 774 nəfər, 1908-ci ildə 917 nəfər, 1914-cü ildə 1018 nəfər, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar[5]. İndiki Ermənistanda 1920-ci ildə Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildən sonra Türkiyənin Muş bölgəsindən köçürülən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdir[6]. Ermənilərlə yanaşı 1926-cı ildə burada 185 nəfər, 1931-ci ildə 206 nəfər azərbaycanlı yaşamışdır[7].

Onu da qeyd edək ki, "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" kitabında[8] göstərilir ki, 1831–1908-ci illərdə Yuxarı Zağalı kəndində yalnız ermənilər yaşamışdır. Halbuki 1831, 1873, 1886, 1897, 1914, 1916, 1922-ci illərdə (əhalinin siyahıya alınmasına görə) burada yalnız azərbaycanlılar yaşamışdır[9]. Ermənilər buraya, yuxarıda dəyildiyi kimi, 1922-ci ildən sonra köçürülmüşdür.

Yuxarı Zağalı kəndində qarışıq (azərbaycanlılar və ermənilər) şəkildə 1970-ci ildə 629, 1979-cu ildə 534 nəfər əhali olmuşdur[10]. Bu əhalinin 30 faizdən çoxunu azərbaycanlılar təşkil etmişdir. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlarla doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.

İl Sayı
1831 98 [11]
1873 515 [11]
1886 717
1897 774 [11]
İl Sayı
1908 917
1914 1.018
1916 922
1926 319 [11]
İl Sayı
1931 206
1970 629 [12]
1979 534 [12]
1989 549 [12]
İl Sayı
2001 344 [12]
2011 355 [1]

Köçürülənlər

[redaktə | mənbəni redaktə et]

1949-cu ildən kənddən çıxmış

1988-ci ildə kənddən çıxmış[13]

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.94
  3. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 110–111
  5. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249
  6. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27
  7. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27,110–111
  8. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.121
  9. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
  10. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.121
  11. 1 2 3 4 Կորկոտյան Զ. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) (erm.). Երևան: 1932. 185 s.
  12. 1 2 3 4 Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 10. 184 s.
  13. Том Де Ваал. "Черный сад". Приложение Arxivləşdirilib 2014–04-13 at the Wayback Machine Arxivləşdirilib 2015–09-24 at the Wayback Machine
  14. "Arxivlənmiş surət". 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.