Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov

Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov (az. Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov; 1855, Tuğ , Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – ?) — dövlət qulluqçusu, kollec katibi mülki çinini daşıyırdı, maarifçi, xeyriyyəçi, mülkədar.[1]

Sadıx bəy Məlik-Aslanov
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov
Doğum tarixi
Doğum yeri Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat yeri Tuğ
Dəfn yeri Tuğ
Həyat yoldaşı Şərəfcahan bəyim
Uşaqları

Bahadur bəy, Füruzə xanım, Rəxşəndə xanım, Fərhad bəy,

Sara xanım
Atası Hacı Fərhad bəy
Anası Xatay xanım
Milliyyəti Azərbaycanlı

Sadıx bəy 1855-ci ildə Tuğ kəndində anadan olmuşdur.

Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. QarabağdaZəngəzur mahalında nüfuzlu şəxs olub.

İlk təhsilini kənd mollaxanasında almışdı. Sonra rus-müsəlman məktəbində təhsilini davam etdirmişdi.

● 1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) qardaşı Mehdi bəy Məlik-Aslanov ilə birlikdə o dövr üçün müasir hesab edilən Rus-Avropa tipli məktəbi Tuğ kəndində yaradıb açılar.[2]

Həmin məktəb Sadıx bəyin evində yerləşirdi və binanın girəcəyində daş lövhənin üzərində "1883 год" ("1883 il") yazısı var idi. Təəssüf ki, işğal zamanı bu ev tamamilə dağıdılıb.

Məktəbin fəaliyyəti nəinki Qarabağda, hətta bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verir. Məlik-Aslanov qardaşları məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərirdilər.[3][4] Tuğ məktəbinin müəllimləri, məzunları bütövlükdə Qarabağda, maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə əyalətdə deyil, keçmiş imperiya miqyasında və Sovet İttifaqında adlı-sanlı şəxslər oldular.

● 1893-cü ildən dövlət idarələrində xidmət etmişdi. Cəbrayıl qəza idarəsində II dərəcəli dəftərxana qeydiyyatçısı kimi işə başlamışdı.

● 1895-ci ildən Cavanşir qəzasında çalışmışdı.

● 1896-cı ildən Yelizavetpol (indiki Gəncə) quberniyası Zəngəzur Polis idarəsində tərcüməçi işləmişdi. Sonra Zəngəzur qəzasının Minkənd nahiyəsində polis pristavı kimi xidmət etmişdi.[1]

Şuşa Rayon Polis Şöbəsində 3-cü Polis Bölməsinin rayon polis Pristavı vəzifəsində xidmət edib.[1]

● 1906-cı ildən 2-ci bölməyə məhsus olan Xanazax kəndində rəhbərlik etmişdir.

● Həyat yoldaşı: Şərəfcahan bəyim (? – 1946) — Pirəhmədli kəndinin sahibi Mustafa ağa Cavanşirin qızı

● Övladları: Bahadur bəy, Füruzə xanım (1894,Tuğ – 1956,Bakı), Rəxşəndə xanım (1897,Tuğ – 09.05.1962,Bakı), Fərhad bəy (1899,Tuğ – 1971,Bakı), Sara xanım.

Məlik-Aslanovlar

Məlik-Aslanovlar [+]

Fərhad bəy Məlik-Aslanov

Tuğ

● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.

N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh: 28 ISBN 5-86871-204-4

E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh: 165 ISBN 9952-25-001-0

Mirzə Rəhim Fəna — 1905-ci il hadisəsi. Bakı, "Nurlan", — 2009, səh: 122–123

И. Алибегов. Елизаветпольские кровавые дни перед судом общества

  1. 1 2 3 Ənvər Çingizoğlu — "Qarabağlı difaiçilər" Tarixi-ensiklopedic tədqiqat, Bakı-Mütərcim-2021, səh: 124–126
  2. İctimai TV. "Tuğdan xüsusi reportaj…" (az.). Youtube.com. Apr 20, 2021. İstifadə tarixi: Apr 20, 2021.
  3. Hüseyn Əhmədov — "XIX əsr Azərbaycan məktəbi" kitabı, Bakı, 1972
  4. İctimai TV. "Xocavəndin işğaldan azad edilmiş Tuğ kəndindən reportaj" (az.). Youtube.com. 15.11.2020. İstifadə tarixi: 2020-11-15.