Sadatoşi Yasuqi

Sadatoşi Yasuqi (八杉貞利, Yasuqi Sadatoşi?, 16 sentyabr 1876, Tokio26 fevral 1966)Yaponiya müəllimi və dilçisi. Rus dili üzrə mütəxəssis olmuşdur.

Sadatoşi Yasuqi
yap. 八杉貞利
Doğum tarixi 16 sentyabr 1876(1876-09-16)
Doğum yeri
Vəfat tarixi 26 fevral 1966(1966-02-26) (89 yaşında)
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti müəllim
Mükafatları "Bənövşəyi lent" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadatoşi Yasuqi 1876-cı ildə Tokioda doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin filologiya fakültəsindən məzun olmuşdur.[1] O, rus ədəbiyyatının tərcüməçisi olan Futabatey Şimeyin azsaylı tələbələrindən biri olmuşdur. Futabateyin Tokio Xarici Dillər Məktəbindəki axşam dərslərinə qatılaraq ondan təsirlənmişdir. 1903-cü ildə Sankt-Peterburqa gedərək bir illiyinə Boduen de Kurtenenin tələbəsi olmuşdur.[2] Yaponiyaya qayıtdıqdan sonra Tokio Xarici Dillər Məktəbinin professoru olmuş və 1935-ci ilə qədər bu postda qalmışdır. Təqaüdə çıxdıqdan sonra emerit professor olmuşdur. Mütəmadi olaraq Rusiyaya səyahət edərək Moskva, Leninqrad, SibirMancuriya kimi yerlərdə olmuşdur.[3]

Sahəsinin qabaqcıllarından hesab olunan Yasuqi pedaqoji fəaliyyətə diqqət ayırmışdır. O, müasir rus dili haqqında dərsliklər, qiraət kitabları, qrammatika kitabları, söhbət kitabları yazmış, Tokio Universitetində 2 illik rus dili kursları vermiş, 1935-ci ildə rusca-yaponca lüğət nəşr etdirmiş, rus dilinin qrammatikasını araşdırmışdır.[2] 1953-cü ildə rus dilinin qrammatikası haqqında yazdığı kitab həmin dövrdə bu mövzuda yazılmış ən ətraflı əsər hesab olunmuşdur.[4] Lakin o, Yaponiyada rus dilini müstəqil tədqiq edən dilçilər qrupu yarada bilməmişdir. Bunun səbəbi həmin dövrdə Yaponiya hökumətinin rus dilinə olan mənfi münasibəti idi.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kimura, Şoiçi. "The Study of Russian in Japan". WORD (ingiliscə). 4 (9). 1953: 349–353. doi:10.1080/00437956.1953.11659479. İstifadə tarixi: 25 avqust 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1907–1908. İstifadə tarixi: 25 avqust 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]