Sadir Durmaz

Sadir Durmaz (15 iyul 1963, Kırşəhər ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 27 və 28-ci çağırışlarının deputatı.[1]

Sadir Durmaz
Türkiyə Böyük Millət Məclisinin 24, 25, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçki dairəsi2018Ankara (2.)
2023Ankara (2.)
28 iyun 2011 – 1 noyabr 2015
Seçki dairəsi2011Yozqat
iyun, 2015Yozqat
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1963(1963-07-15) (61 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Sadir Durmaz 1963-cü ildə Kırşəhər ilinin Çiçəydağı ilçəsində anadan olub. Karadeniz Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub.[1]

Kənd Təsərrüfatı Kredit Kooperativləri Baş İdarəsində müfəttiş yardımçısı, müfəttiş, şöbə müdiri, sədr müavini və sədr vəzifələrində çalışıb. Beynəlxalq Kooperativ və Çalışma İqtisadiyyatı Araşdırma İnstitutunun (CIRIEC) İstanbul Daimi Komissiyası üzvü, Kooperativ Təhsil Vəqfi İdarə heyəti üzvü, GÜBRETAŞ İdarə Heyəti sədri, Güven Sığorta AŞ İdarə Heyəti sədri, Tarım Kredispor İdman Klubunun prezidenti vəzifələrdə çalışıb. Kənd Təsərrüfatı Kredit Kooperativlərinin Yenidən Qurulması Layihəsinin Koordinatoru olub. Qəzetlərdə, jurnallarda məqalələri dərc olunub.[1]

Uzun illərdir MHP üzvüdür. 2006-cı ildə MHP İdarə Heyətinin üzvü seçilib. MHP sədrinin yerli idarələrdən məsul müavinidir.[1]

2011 və iyun 2015-ci illərdə Yozqat ilindən, 2018 və 2023-cü illərdə isə Ankara ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 28-ci çağırışda TBMM Ətraf mühit Komissiyasının sözçüsüdür.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Sadir DURMAZ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.