Azərbaycanda prezident seçkiləri (1992)

Azərbaycanda prezident seçkiləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60,90 % topladı və Azərbaycan Prezidenti seçildi.

← 1991  Azərbaycan  1993 →
Azərbaycanda prezident seçkiləri
7 iyun 1992
Seçici fəallığı 97.60 %
Namizəd Əbülfəz Elçibəy Nizami Süleymanov
Partiya Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Demokratik Ziyalılar İttifaqı
Səslər 1 829 448
(60.86%)
1 017 217
(33.84%)

Nəticə Azərbaycan Xalq Cəbhəsinin prezidentliyə namizədi təşkilat sədri Əbülfəz Elçibəy qeyri-müəyyən müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Seçkidən əvvəl

[redaktə | mənbəni redaktə et]

29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir.

Tomas Qoltz namizəd Nizami Süleymanovun seçiləcəyi təqdirdə Heydər Əliyevi Naxçıvandan dəvət edəcəyini və Etibar Məmmədovla birgə müxalifət hökuməti yaradacağını nəql etdiyini açıqlamışdır.[1]

1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir. Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi.[2]

Təmsil etdiyi Namizəd Topladığı səs
Say % +/-
Azərbaycan Xalq Cəbhəsi Əbülfəz Qədirqulu oğlu Əliyev 1 829 448 60.86% Yeni
Azərbaycan Demokratik Ziyalılar İttifaqı Nizami Süleymanov 1 017 217 33.84% Yeni
Bitərəf Yaqub Cavad oğlu Məmmədov 51 144 1.70% Yeni
"Azərbaycan Demokratik İslahatlar Uğrunda" İctimai Birliyi İlyas Abbas oğlu İsmayılov 20 216 0.67% Yeni
Azərbaycan Xalq-Demokrat Qrupu Rafiq Turabxan oğlu Abdullayev 15 646 0.52% Yeni
Bütün namizədlərin əleyhinə 72 100 2.40%
Etibarlı səslərin sayı 3 005 770
Etibarsız səslərin sayı 90 707
Ümumi səslərin sayı 3 096 477
Seçicilərin sayı
Seçici aktivliyi: 97,60%
Mənbə:

Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.[3][4][5][6][7]

  1. AzadlıqRadiosu. "Bu parlament seçkilərində ATƏT-i eşidən oldumu". Azadlıq Radiosu (az.). 2024-09-07. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-08.
  2. https://web.archive.org/web/20041221080047/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1992.htm
  3. "Tariximizi təhrif etməyə imkan verməyək - 1992-ci ilin prezident seçkiləri necə saxtalaşdırıldı?". olke.az (az.). "Ölkə.Az" xəbər agentliyi. 14 dekabr 2020. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  4. "Rəsul Quliyev 1992-ci seçkilərini şübhəli adlandırdı TƏRS BAXIŞ". sia.az (az.). Səs İnformasiya Agentliyi. 1 fevral 2018. 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  5. "Köhnə təfəkkürlü müxalifət". old.xalqqazeti.com (az.). Xalq qəzeti. 13 aprel 2012. 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  6. "Rəhim Qazıyev İsa Qəmbəri ittihamladı". hafta.az (az.). Həftə içi (qəzet). 1 dekabr 2010. 2021-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.
  7. "Killer tutub məni öldürmək istəyirdilər"– 1992-ci il seçkiləri haqda Şok faktlar". publika.az (az.). "Publika.az" xəbər portalı. 7 iyun 2014. 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]