Sahil Alahverdovi (gürc. სახილ ალახვერდოვი) və ya Sahil Allahverdiyev (9 yanvar 1999[1], Soğanlıq) — Azərbaycan əsilli[2] Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı.
Sahil Alahverdovi | |
---|---|
gürc. სახილ ალახვერდოვი | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 9 yanvar 1999[1] (25 yaş) |
Doğum yeri | Soğanlıq, Gürcüstan |
Boyu | 162 sm |
İdman növü | boks |
5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub.[2]
2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub.
2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb.
2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb.[3]
2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.[4]
2022-ci ilin may ayında Yerevanda keçirilmiş Avropa çempionatında ardıcıl olaraq Ermənistan, Polşa və Bolqarıstan idmançılarına qalib qələrək qızıl medala sahib çıxıb.[5] Sahil iyun ayında verdiyi müsahibədə Ermənistanda qazandığı qələbənin onun üçün xüsusi önəm daşıdığını, bununla ermənilərə azərbaycanlıların Ermənistanda da qalib olduqlarını göstərdiyini bildirib.[6]