Sahil Tahirli

Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[1]

Sahil Tahirli
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1983(1983-01-16) (41 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri “Tərəqqi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib.

2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb.

2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Ailəlidir, üç övladı var.

Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.

2006–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının üzvü — sədri vəzifəsində çalışıb.

2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib. 2013–2021-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 aprel tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Siyasi-analitik və publisistik yazılarla mətbuatda müntəzəm çıxış edir.

Dövlət Qulluğunun Baş Müşaviridir.[mənbə göstərin]

"Yaratmaq amalı" kitabının müəllifidir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2003-cü ildən Yeni Azərbaycan Partyasının üzvüdür. 2014-cü ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü seçilib.

  1. "Naxçıvan teleradiosunun yaradılmasının 90 illiyi qeyd edilib". Şərq qapısı (ingilis). 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.