Saitama Universiteti

Saytama Universiteti (埼玉大学, Saitama Daigaku) ​​— Yaponiyanın Saitama şəhərində milli universitet.

Saytama Universiteti
Xəritə
35°51′53″ şm. e. 139°36′26″ ş. u.
Əsası qoyulub 1949
Ölkə
Sayt saitama-u.ac.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Saitama universiteti

Universitet 1873-cü ildə qurulub.

1922-ci ildə Saytama Pedaqoji məktəbi və Saytama Gənclər məktəbi yaradılmışdır.[1]

1929-cu ildə Urava Ali Məktəbi ilə birləşdi.

1949-cu ildə Saytama Milli universiteti kimi təsis edildi.[2]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

Universitet bakalavr, magistrdoktorantura proqramları təklif edir.[3]

Hazırda bakalavr təhsili üçün 5 fakültə (məktəb) fəaləyyət göstərir:

  • İncəsənət fakültəsi
  • Təhsil fakültəsi
  • İqtisadiyyat fakültəsi
  • Elm fakültəsi
  • Mühəndislik fakültəsi

4 magistratura məktəbi:

  • Mədəniyyətşünaslıq məktəbi
  • Təhsil və Elm məktəbi
  • İqtisadiyyat elmləri məktəbi
  • Mühəndislik məktəbi

Universitet 5 bakalavr və 4 magistratura məktəbinin Okubo kampusunda bir yerdə yerləşməsi ilə fərqlənir. Bu, təhsil və tədqiqat, dərsdənkənar fəaliyyətlər və tələbə həyatı üçün əlverişli mühit təklif etməklə bir çox cəhətdən sərfəlidir.[4]

Məktəblərin hamısı magistratura ilə yanaşı doktoranturaya aparan proqramlar təklif edir.

  • Okubo kampusu
  • Peyk kampusu:
  1. Omiya Sonik şəhər kolleci
  2. Tokio Station kolleci

Beynəlxalq Magistr proqramı

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Elm və Mühəndislik Ali məktəbi İnşaat və Ətraf Mühit mühəndisliyi üzrə Beynəlxalq magistr proqramına başlamışdır. Proqramlar xarici tələbələrə magistratura təhsillərini davam etdirmək və aspiranturaya daxil olmaq imkanı təklif edir. Proqram sahələrinə İnfrastrukturun idarə edilməsi, Nəqliyyatın planlaşdırılması, Ətraf mühit mühəndisliyi, Okeanologiya mühəndisliyi, Hidravlika və Su ehtiyatları mühəndisliyi, Geotexniki və Geologiya mühəndisliyi və Seysmik mühəndislik daxildir.

Magistr və doktorluq dissertasiyaları ingilis dilində qəbul edilir. Xarici tələbələr və onların ailə üzvləri üçün yapon dili kursları təklif olunur. Bu proqramı bitirmiş tələbələr hazırda dünyanın müxtəlif yerlərində akademik və peşəkar fəaliyyətlə məşğuldur.

  1. https://www.saitama-u.ac.jp/guide/information/history/
  2. https://univinjapan.com/saitama_university/
  3. "Arxivlənmiş surət". 2024-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  4. "Arxivlənmiş surət". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]