Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin.(fevral 2023)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Saleh Süleyman oğlu Əhmədov (23 oktyabr1958, Kirovabad – may2020, Bakı) — Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı,[1] Gəncə Şəhər Xalq Deputatlar Məclisinin Deputatı (1990-1995).
Saleh Əhmədov 1953-cü il oktyabrın 23-də Gəncə şəhərində anadan olub. Orta məktəbi Gəncədəki Səməd Vurğun adına 16 nömrəli məktəbdə almışdır. 1969-cu ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Mühəndiz Mexanik fakültəsinə daxil olub və 1974-ci ildə həmin institutdan məzun olmuşdur. Təhsilini başa vurduqdan sonra 1974–1976-cı illərdə Qori şəhərində həqiqi hərbi xidmətdə olub. Uzun illər Bakı və Gəncə şəhərində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1992-ci ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimi, 1992–1993-cü illərdə isə Gəncə Şəhər İcra Başçısının Müavini vəzifələrində çalışmışdır. 2020-ci ilin may ayında Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Gəncə şəhərində dəfn olunmuşdur.
Bir qızı, iki oğlu var. Oğlu Tural Əhmədov 1981-ci ildə Gəncə şəhərində anadan olub. Ali təhsillidir. Hal-hazırda sahibkarlıqla məşğul olur və "Salehoğlu" MMC-nin icraçı direktorudur.
Digər Oğlu Fariz Əhmədov Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Direktorudur.
Qızı Əhmədova Aygün Saleh qızı Ali təhsillidir. Hal hazırda Gəncə regional elm mərkəzində kimya və biologiya lobaratoriyasında baş mütəxəssidir.
1970–74-cü illər ərzində Bakı Metal Neft Qabları zavodunda, Respublika Səhiyyə Nazirliyinin xüsusi şöbəsində, Bakı Şəhəri Xüsusi Mexanikləşdirilmiş idarəsində və müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olub.
1976-cı ildən 1978-ci ilə kimi Bakı Limanında motorcu, Gəncə şəhər ixtisaslaşmış sənaye tikinti mexanizasiya trestinin 5 nömrəli idarəsində mexanik, xüsusi avtomobil sahəsində rəis vəzifələrində çalışıb.
1980–83-cü illərdə Gəncə şəhər 4 nömrəli ixtisaslaşmış mexanizasiya idarəsində rəis müavini əmək fəaliyyətini davam etdirib.
1983–91-ci illərdə Gəncə şəhər qaz istismar idarəsində rəis müavini və rəisi; vəzifəsində çalışmışdır.
04.01.1991-ci ildən 11.05.1992-ci illədək Gəncə şəhər ixtisaslaşdırılmış istehsalat təmir-tikinti trestində müdir vəzifəsində işləyib.
11.05.92-ci ildən 26.11.92-ci ilədən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı işləyib[1].
26.05.92 ci ildən 18.06.93-cü ilədək Gəncə şəhər İcra Hakiminin başçısının müavini vəzifəsində işləyib[2].
1990-cı ildə Gəncə Xalq Deputatları Məclisinə seçilmişdir və 1995-ci ilə qədər Gəncə şəhər deputatı olmuşdur. Eyni zamanda 1994–1995-ci illərdə Gəncə Şəhər Xalq Deputatlar məclisinin müşaviri işləmişdir.
1995-ci ildən ömrünün sonuna qədər "Salehoğlu" MMC-nə rəhbərlik etmişdir.
Qeyd 1: Nizami rayonu və Kəpəz rayonu 21 noyabr 1980-ci ildə Gəncə rayonu və Kəpəz rayonu adı ilə təşkil olunmuşdur. Gəncə şəhərinin tarixi adı bərpa edildikdən iki il sonra, 7 fevral 1991-ci ildə Gəncə rayonunun adı Nizami rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Səfərəliyev rayonu 24 yanvar 1939-cu ildə Kirovabad şəhərinin rayonu olaraq təşkil olunmuşdur. Səfərəliyev rayonu 16 yanvar 1940-cı ildə respublika tabeli rayona çevrilmişdir. 2 aprel 2022-ci ildə Kəpəz rayonu və Nizami rayonu ləğv edilmişdir.