Kərim Tinçurin

Kərim Qali oğlu Tincurin (tat. Kərim Tincurin; 15 sentyabr 1887—1938) - tatar yazıçısı, aktyorudramaturqudur. O, Tatarıstan teatrının və dramaturgiyasının əsas peşəkar banilərindən biri sayılır[1].

Kərim Tincurin
Kərim Qali oğlu Tincurin
Doğum tarixi
Doğum yeri Tarakanovka
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Kazan
Vəfat səbəbi Güllələnmə
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti Tatar
Təhsili
Fəaliyyəti aktyor, yazıçı, teatr rejissoru, dramaturq
Əsərlərinin dili tatar
Mükafatları Tatarıstan MSSR əməkdar artisti
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-hal

[redaktə | mənbəni redaktə et]

Kərim 15 sentyabr 1887-ci ildə Penzen əyalətinin Tarakanovka kəndində kəndli ailəsində anadan olmuşdur. 1900-cu ildə Kazana köçən Kərim burada mədrəsədə təhsil alır. Ancaq 1906-cı ildə bu təhsildən imtina edir. 1910 - cu ildə "Səyyar" qrupuna qoşulur və beləliklə həyatını teatra bağlayır. Vətəndaş müharibəsi zamanı o orduya qoşulur və Qırmızı Orduda iştirak edir. 1920-ci ildə Samara teatrının baş rejissoru olur[2].

1921-ci ild\ Orenburq tatar proletar qrupuna rəhbərlik edir (İndiki Q.Kariyeva adına teatr). 1922-ci ildə Kazan hökuməti Tatarıstan dövlət qrupunu yaradılması haqqında qanun qəbul edilir və Kərim ona rəhbər təyin edilir.

1922-ci ildən o Tatarıstan Dövlət Teatrına rəhbərlik edir.

1928-29-cu illərdə Həştərxan tatar teatrının baş rejissoru olur. 1933-cü ildə o ilk dəfə Tatarıstan teatrında komediya və dram janrında əsərləri tamaşaya qoyur və beləliklə bu janrların əsasını qoyur. Hal-hazırda bu teatr onun adını daşıyır. Onun "Kazan dəsmalı", "Sonən ulduz", "Mavi şal" və s. kimi əsərləri teatrın fonunda saxlanılır. 17 sentyabr 1937-ci ildə Kərim represiya qurbanı olur və həbs edilir. 15 noyabr 1938-ci ildə güllələnir.

1926-cı ildə Tincurin Tatarıstanın xalq artisti olur.

1936-cı ildə bu sahədə olmasının 20 illiyini qeyd edilir.

  • "Monazara"— 1906-cı il
  • "Xələl kəsep" (Halal zəhmət) — 1912
  • "Şomlı adım" (Ölümcül addım) — 1912
  • "Berence çəçəklər" (İlk gül) - 1913
  • "Nazlı kiyau" (Nazlı bəy) — 1915
  • "Aç qaşıq" (Aç aşiq) — 1915
  • "Sonqı səlam" (Sonuncu salam) — 1916
  • "Jilkuarlar" (Oğrular) — 1916
  • "Sünqən yildizlar" (Sönən ulduzlar) — 1922
  • "Kazan sölqese" (Kazan dəsmalı) — 1923
  • "Amerikan" (Amerikalı) — 1924
  • "Zənqər şəl" (Mavi şal) — 1926
  • "İl" (Cənnət) — 1927
  • "Alar öçey ide" (Onlar üç nəfər idi) — 1935
  1. ТИНЧУРИН Карим Галиевич" ("Tinchurin, Karim Galievich"). Оренбургская биографическая энциклопедия (Biographical Encyclopedia of Orenburg). http://orsk-net.ru/kraeved/biblioteka/enciklopedii/obe/t.php?print (in Russian)
  2. ^ Jump up to:a b "ТИНЧУРИН Карим Галиевич" ("Tinhurin, Karim Galievich"). Большой Энциклопедический Словарь (Great Biographical Dictionary). Kulichki.net. Retrieved 8 March 2009. http://education.kulichki.net/dic/20d.html (in Russian)
  • Karim Tinchurin accessed 27 May 2008
  1. Календарь знаменательных и памятных дат.- Казань: Изд-во «Милли Китап», 2006.
  2. Книга памяти Республики Татарстан