Salka su anbarı

Tsalka su anbarı
Salka su anbarı 41°37′10″ şm. e. 44°02′53″ ş. u.HGYO
Salka su anbarı
41°37′10″ şm. e. 44°02′53″ ş. u.HGYO
Ölkə  Gürcüstan
RayonTsalka
ŞəhərSalka
Dəniz səviyyəsi1.506 m
Sahəsi33.700.000 m²
Həcmi312 mln. m³
Orta dərinliyi9,3 m
Tökülən çaylarAnaxatır
Axan çaylarAnaxatır
Tsalka su anbarı (Gürcüstan)
Tsalka su anbarı (Qafqaz)

Tsalka su anbarı (gürc. წალკის წყალსაცავი) — Gürcüstanın ən böyük su anbarı. Salka bələdiyyəsinin Xrami dərəsində, dəniz səviyyəsindən 1506 metr yüksəklikdə yerləşir. Güzgü sahəsi 33.7 km², ümumi sahəsi 1060 km²-ə qədərdir. Suyun həcmi 312 mln. m³. Maksimum dərinlik 25 m, orta dərinlik isə 9,3 m. Qərbdən şərqə uzanır. Bölgənin əksər hissələrində sahil aşağıdır, cənub-şərq hissəsinin sahili isə - dik və yüksəkdir. Anaxatır və digər kiçik çaylar, yeraltı, qaryağış sularıyla qidalanır. 1946-cı ildə, enerji məqsədləri üçün beton bəndi kimi, dar və dərin dərədə tikilmişdir. Mövsümi tənzimlənir. Fevral-mart aylarında su aşağı səviyyələrdədi. Su yığımı aprel ayında başlayır və iyulun sonuna qədər davam edir, sonra su işlənir. Enerji stansiyaları tam gücü ilə işləyərkən, səviyyə noyabr ayından etibarən intensiv olaraq azalır. Su səviyyəsinin orta illik amplitudası 891 sm. Anaxatır çayı su anbarından keçir.

Su ən soyuq (0,2 °C) fevralda və an isti Avqustda (18,7 °C) olur. Dekabrdan mart ayının sonuna qədər buz örtükləri əmələ gəlir. Buzlu örtüklərin orta müddəti 82 gündür. Buz qalınlığı fevral ayında hərdən 80 sm çatır. Su anbarı 2 HES-ə xidmət edir: XramHES IXramHES II. Anbar ərazisində balıqçılıq inkişaf edib. Tsalka şəhəri anbarın sahilində yerləşir.[1]

  • Apxazava İ., Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh. 289, Tbilisi, 1987
  • Gürcüstan coğrafiyası, Kitab I, s. 52, Tiflis, 2005.
  1. "წალკის წყალსაცავი. მდებარეობა, კოორდინატები". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.