Salman bin Həməd Əl Xəlifə

Salman ibn Həməd ibn İsa Əl-Xəlifə (ərəb. سلمان بن حمد بن عيسى آل خليفة‎; 21 oktyabr 1969, Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreynin vəliəhdi, eyni zamanda Bəhreyn Müdafiə Qüvvələri Ali Komandirinin müavini.

Salman ibn Həməd ibn İsa Əl-Xəlifə
ərəb. سلمان بن حمد بن عيسى آل خليفة
Bəhreyn Krallığının Baş naziri
11 noyabr 2020 – h.h
ƏvvəlkiXəlifə ibn Salman Əl-Xəlifə
Şəxsi məlumatlar
Doğum tarixi (55 yaş)
Doğum yeri Ər-Rifa, Bəhreyn
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Həməd ibn İsa Əl-Xəlifə
Anası Səbikə binti İbrahim Əl-Xəlifə
Həyat yoldaşı Hələ binti Dəic Əl-Xəlifə (?–2005)
Uşağı 4
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Salman Bəhreyn Kralı Həməd ibn İsa Əl-Xəlifənin və birinci həyat yoldaşı Şahzadə Səbikə binti İbrahim Əl-Xəlifənin böyük oğludur.

Şahzadə orta təhsilini Bəhreyn Məktəbində aldı, daha sonra Vaşinqtonda yerləşən Amerika Universitetində Siyasi Elmlər üzrə bakalavr, daha sonra Kembric Universitetindən Tarix və Elm Fəlsəfəsi üzrə magistr dərəcəsi aldı.[1]

Şahzadə Salman Bəhreynin gənclərini 21-ci əsrə aparması üçün 1999-cu ildə Vəliəhd Beynəlxalq Təqaüdünü təsis etdi. Proqram Bəhreyndən olan ən bacarıqlı lisey şagirdlərinə xaricdə ali təhsilini davam etdirmək və Bəhreynin inkişafına məhsuldar töhfə vermək üçün təqaüd yaradıldı. Bununla da Bəhreynin hər yerindən 140-dan çox tələbə İngiltərə, ABŞFransa da daxil olmaqla xaricdə təhsil almaq üçün təqaüd və fürsət qazandı.

Şahzadə Salman Şeyxa Hələ binti Dəic əl-Xəlifə ilə 2005-ci ilə qədər evli qaldı. Şeyxa Hələ Maliyyə və Milli İqtisadiyyat Nazirinin köməkçisi Şeyx Dəic ibn Xəlifə Əl-Xəlifənin kiçik qızı idi. Hələ Qadın və Uşaqlar üçün Məlumat Mərkəzinin Fəxri Prezidenti və Bəhreyn Zəka Geriliyi Cəmiyyətinin sədri idi. 2018-ci ilin iyun ayında vəfat etdi. İki oğlu və iki qızı var:

  • İsa ibn Salman Əl-Xəlifə (7 mart 1990-cı il təvəllüdlü) — Vaşinqtonda Amerika Universitetində təhsil aldı və 2012-ci ildə məzun oldu. Bəhreyn Krallığının varisinin beşinci xəttidir. Evlidir, Həməd, Abdulla və Salman adlı üç oğlu var.
  • Məhəmməd ibn Salman Əl-Xəlifə — Bəhreyndə təhsil alıb. 2011-ci ildə Səndharst Kral Hərbi Akademiyasını bitirmiş və daha sonra 2015-ci ildə London Kral Kollecindən məzun olmuşdur. Bəhreyn Krallığının varisi olaraq altıncı xəttdədur. Evlidir, oğlu Əhməd və qızı Bəsmə var.
  • Fatimə Əl-Dənə binti Salman Əl-Xəlifə
  • Yəhuda binti Salman Əl-Xəlifə

Vəliəhd olmazdan əvvəl Salman Bəhreyn Tədqiqat və Araşdırma Mərkəzinin sədr müavini, Müdafiə Nazirliyində Müdafiə Nazirinin müavini və BTAM Mütevelli heyətinin sədri idi.

Salman 9 mart 1999-cu ildə Bəhreyn Krallığının vəliəhdi olaraq and içdi və 22 mart 1999–6 yanvar 2008-ci il tarixləri arasında Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı vəzifəsini icra etdi.

24 fevral 2001-ci ildə Şahzadə Salman Milli Fəaliyyət Xartiyası İcra Komitəsinin sədri təyin edildi. Xartiya 2001-ci ilin fevralında keçirilən referendumda 98%-dən çox səslə təsdiqləndi və şəffaflıq, əməkdaşlıq və icmanın iştirakı əsasında Bəhreynin gələcək inkişafı üçün hərtərəfli yol xəritəsini təmin etdi. Komitə milli satınalma və mətbuat azadlığı qanunları da daxil olmaqla Milli Xartiyanın həyata keçirilməsi üçün bir sıra qanunlar təklif etdi.

3 mart 2002-ci ildə Şahzadə Salman Bəhreynin iqtisadi inkişaf strategiyasının formalaşdırılması və nəzarətindən məsul olan, həmçinin Bəhreynə birbaşa xarici investisiyalar cəlb etməyi hədəfləyən İqtisadi İnkişaf Şurasının sədri təyin edildi. O həm də aşağıdakı komitələrə rəhbərlik edir:

  • Hökumət İcraiyyə Komitəsi
  • Təbii Qaynaqlar və İqtisadi Təhlükəsizlik Komitəsi
  • Ali Şəhər Planlaşdırma Komitəsi

6 yanvar 2008-ci ildə Kral Həməd Bəhreyn Müdafiə Qüvvələrinin hərbi, inzibati, iqtisadi və maliyyə planlarının yanında dövlət siyasətinin idarə edilməsinə və həyata keçirilməsinə nəzarət etmək üçün Salmanı Bəhreyn Müdafiə Qüvvələri Ali Komandanının müavini təyin etmək üçün kral fərmanı verdi.

2013-cü ilin mart ayında Şahzadə Salman Kral tərəfindən icra orqanlarının və dövlət qurumlarının davamlı inkişafına nəzarət etmək vəzifəsi ilə Baş nazirin birinci müavini vəzifəsinə təyin edildi.

11 noyabr 2020-ci ildə Şahzadə Salman bu vəzifəni əlli ilə yaxın tutan ulu əmisi Baş nazir Şahzadə Xəlifə bin Salmanın ölümündən sonra tutdu.[2]

Nişan və mükafatları

[redaktə | mənbəni redaktə et]

Salman bir sıra mükafatlara layiq görülmüşdür, bunlara aşağıdakılar daxildir:

  • ABŞ İdman Akademiyası tərəfindən "Qartal Nümunəsi" ordeni ilə birlikdə fəxri doktorluq dərəcəsi[3]
  • Bəhreyn Birinci dərəcəli "Şeyx İsa ibn Salman Əl-Xəlifə" ordeni
  • Bəhreyn Birinci dərəcəli "Fateh Əhməd" ordeni
  • Bəhreyn Birinci dərəcəli "Kral Həməd İntibah" ordeni
  • Bəhreyn Birinci dərəcəli "Bəhreyn" ordeni
  • Bəhreyn Birinci dərəcəli "Hivər" medalı
  • Birləşmiş Ərəb Əmirlikləri "İttihad" ordeni
  • İordaniya "Ali İntibah" ordeni
  • Küveyt Birinci dərəcəli "Azadlıq" ordeni
  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  2. "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  3. "Arxivlənmiş surət". 2007-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]