Həməd ibn İsa ibn Salman Əl-Xəlifə (ərəb. حمد بن عيسى بن سلمان آل خليفة; 28 yanvar 1950[1][2], Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreyn Krallığının hazırkı Kralı.
Həməd ibn İsa ibn Salman Əl-Xəlifə | |
---|---|
ərəb. حمد بن عيسى بن سلمان آل خليفة | |
Bəhreyn Krallığının Kralı | |
14 fevral 2002 – h.h | |
Əvvəlki | vəzifə təsis edilib |
Bəhreyn Dövlətinin Əmiri | |
6 mart 1999 – 14 fevral 2002 | |
Əvvəlki | İsa ibn Salman Əl-Xəlifə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ər-Rifa, Bəhreyn |
Fəaliyyəti | suveren[d], siyasətçi |
Atası | İsa ibn Salman Əl-Xəlifə |
Anası | Həssa binti Salman Əl-Xəlifə |
Həyat yoldaşları |
|
Uşağı | 12 |
Dini | Sünni İslam |
Rütbəsi | Feldmarşal |
Vikianbarda əlaqəli mediafayllar |
Həməd ibn İsa Əl-Xəlifə 28 yanvar 1950-ci ildə Bəhreynin Ər-Rifa şəhərində anadan olub. Valideynləri vəliəhd İsa ibn Salman Əl-Xəlifə və Həssə binti Salman Əl-Xəlifə idi.[3]
Bəhreyndəki Manama Liseyində oxuduqdan sonra Həməd Kembricdəki Leys məktəbinə getməzdən öncə Surrey qraflığında yerləşən Əplqart Kollecində təhsil almaq üçün İngiltərəyə göndərildi. Həməd daha sonra, ilk olaraq İngiltərə Ordusunda, Hempşir qraflığının Olderşot şəhərindəki Mons Zabit Kadet Məktəbində 1968-ci ilin sentyabrında məzun olanadək hərbi təlim keçdi. Dörd il sonra, 1972-ci ilin iyun ayında Həməd Kanzasın Fort Livenvortdakı Amerika Birləşmiş Ştatları Ordu Komandanlığı və Baş qərargah Kollecinə daxil oldu. 1973-cu ilin iyununda həmin kolleci fərqlənmə diplomu ilə bitirdi.[4]
Həmədin dörd arvadı və onlardan ümumilikdə on iki övladı var: yeddi oğlu və beş qızı:
Həməd 27 iyun 1964-cü ildə atasının varisi təyin edildi. 1968-ci ildə Manama Suvarma və Bələdiyyə Şurasının sədri təyin edildi. 16 fevral 1968-ci ildə Bəhreyn Milli Qvardiyasına yazıldı və eyni ildə komandir təyin edildi, 1969-cu ilə qədər Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı təyin edildikdən sonra bu vəzifədə qaldı. 1970-ci ildə Həməd Bəhreyn Müdafiə Nazirliyinin başçısı və rəhbər orqanının sədr müavini oldu və 1971-ci ilə qədər hər iki idarədə qaldı. 1971–1988-ci illərdə Müdafiə üzrə Dövlət Naziri vəzifəsində çalışıb.[5]
1977-ci ilin oktyabrında Şeyx Həməd 1978-ci ilin yanvarında təhsilini uğurla başa vurduğu helikopter uçuşlarını öyrənməyə başladı. Daha sonra 1987-ci ildə Bəhreyn Hava Qüvvələrinin qurulması üçün isə başladı.
Atası İsa ibn Salman Əl-Xəlifənin ölümündən sonra Həməd 6 mart 1999-cu ildə Bəhreyn Əmiri oldu. Əmir olaraq Bəhreyndə bir neçə siyasi islahatlar həyata keçirdi. Bunlara bütün siyasi məhbusların sərbəst buraxılması, Dövlət Təhlükəsizlik Məhkəməsinin ləğvi və 1974-cü il Dövlət Təhlükəsizliyi Fərmanının ləğvi daxildir. Bir çox Bəhreyn vətəndaşının bir neçə il xaricə sürgün edildikdən sonra geri qayıtmasına icazə verildi. 2002-ci ildə özünü kral elan etdi. Baş nazir və nazirlərini təyin etmək, orduya rəhbərlik etmək, Ali Məhkəmə Şurasına rəhbərlik etmək, parlamentin yuxarı hissəsini təyin etmək və seçilmiş alt hissəsini buraxmaq kimi geniş icra güclərinə malikdir.[6]
1999-cu ildə hakimiyyətə gəldikdən sonra Həməd 1990-cı illər qiyamından sonra dərin gərginliklər içində olan ölkədə sabitliyə nail olmağa yönəldi. Kral həyat səviyyəsini yüksəltməyi və Bəhreyni maliyyə mərkəzi halına gətirməyi bacardı. 2003–2010-cu illərdə şiə icması onu hökumətini korrupsiya, mənzil və işlərdəki ayrı-seçkilikdə, qeyri-vətəndaşları hərbi xidmətə cəlb etməkdə və millətin demoqrafik tərkibini dəyişdirmək üçün Asiyadan sünni xalqları cəlb etməkdə günahlandırdı.
Şiələr Kral Həməd dövründə dövlət vəzifələrində çalışsalar da, vəzifələrin və işlərin daha ədalətli bölüşdürülməsi çağırışlarında görüldülər. Əl-Xəlifə ailəsi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Bəhreyn İqtisadi İnkişaf Şurası başda olmaqla çox sayda nazir və hökumət postuna rəhbərlik edir. Bəhreyn Müdafiə Nazirliyində vəzifələrin əksər hissəsini sünnilər tutur.[7]
Milli Fəaliyyət Xartiyası lehinə keçirilən referendumun onuncu ildönümü və 2002-ci il Konstitusiyasının hazırlanmasının doqquzuncu ildönümü münasibətilə 14 fevral 2011-ci il tarixində Bəhreyn ərəb baharından doğan və Bəhreyn adlı "Facebook" səhifəsi ilə koordinasiya edilən etirazlarla sarsıldı. Bəhreyn hökuməti hiddətə səbəb olan insan haqlarının pozulması da daxil olmaqla etirazçılara "vəhşicəsinə" basqı kimi izah edilənlərlə cavab verdi. Nümayişçilər daha sonra Həmədin istefasını tələb etdilər. Bu "kütləvi" basqı nəticəsində Xarici Siyasət Jurnalı onu Amerikanın 8 "şübhəli müttəfiqi"nin üçüncüsü kimi təsnif edərək "ABŞ-nin hələ də dəstəklədiyi pis adamlardan biri" adlandırdı.[8]
11 fevral 2011-ci ildə Kral Həməd Milli Fəaliyyət Xartiyası referendumunun onuncu ildönümünü qeyd etmək üçün hər ailəyə 1.000 Bəhreyn dinarının paylanmasını əmr etdi.[9]
15 fevral 2011-ci ildə Həməd televiziya çıxışında iki nümayişçinin ölümünə görə üzr istədi və hadisə ilə bağlı istintaq başlatdı. İki gün sonra, yerli vaxtla saat 03:00-da Mirvari Meydanına hücum nəticəsində dörd etirazçı öldürüldü və yüzlərlə insan yaralandı. Mirvari Meydanı boşaldıldı və Bəhreyn ordusu tərəfindən mühasirəyə alındı. İki gün sonra Həmədin oğlu Şahzadə Salman Mirvari Meydanının yaxınlığında başqa bir nümayişçinin öldürülməsindən sonra ordunun geri çəkilməsini əmr etdi.
2011-ci il mart ayının ortalarında Bəhreyn qiyamı pik həddə çatdıqda Həməd Salmanı Qalxan yarımadası qoşunlarını Bəhreynə girməyə çağırdıqdan dərhal sonra üç ay müddətində milli təhlükəsizlik vəziyyəti elan etdi. Səudiyyə Ərəbistanı zirehli texnika ilə 1.000, Birləşmiş Ərəb Əmirlikləri isə təxminən 500 əsgər yerləşdirdi. Müxalifət partiyaları kəskin reaksiya verərək bunu "işğal" adlandırdılar. Bununla birlikdə Həməd "infrastrukturu qorumaq" üçün qoşun yeriddiyini iddia etdi. Bu addımdan sonra ölkə iqtisadiyyatı milyardlarla dollar zərər gördü. Ona qarşı nümayişlərin keçirildiyi bölgələrdə təhlükəsizlik vəziyyəti pisləşdi. Eyni zamanda, həbsxanada işgəncə nəticəsində ölən beşi də daxil olmaqla onlarla ölüm elan edildi.
2011-ci ilin iyun ayında Həməd insan hüquqları vəkili Mahmud Şerif Bassiouninin rəhbərlik etdiyi Bəhreyn Müstəqil İstintaq Komissiyasına iğtişaşları araşdırmağı tapşırmışdı. BMİK-ın yaradılması Barak Obama və beynəlxalq ictimaiyyət tərəfindən 2011–2012-ci illərdə Bəhreyn qiyamı hadisələri üçün məsuliyyət və hesabatlılığın yaradılması istiqamətində addım olaraq təsdiqləndi. BMİK öz nəticələrini 2011-ci ilin noyabrında açıqladı və ABŞ Dövlət Katibi Hillari Klinton iğtişaşlar barədə bunu dedi: "Kral Həməd ibn İsa əl-Xəlifənin onu işə salma təşəbbüsünü dəstəkləyirəm." 2012-ci ilin avqust ayında "Amnesty International": "Hökumətin cavabı bu məsələlərin üzünə toxundu. İslahatlar qismən, bəlkə də Bəhreynin beynəlxalq tərəfdaşlarını sakitləşdirmək üçün və qurbanlara qarşı real məsuliyyət və ədalət təmin edə bilmədi." yanaşmasını yayımladı.[10]
2020-ci ilin avqust ayında Kral Həməd qonaq olan ABŞ Dövlət katibi Mayk Pompeoya Bəhreynin İsrail ilə münasibətlərin normallaşmasını qətiliklə rədd edərək Fələstin dövləti qurmağı bacardığını izah etdi. 11 sentyabr 2020-ci ildə Bəhreyn və İsrailin tam diplomatik əlaqələr qurmağını qəbul etdikləri açıqlandı. Bəhreyn 15 sentyabr 2020-ci il tarixində Ağ Evdə təşkil edilən mərasimdə diplomatik müqavilələr imzalayaraq, Bəhreyn və İsrail arasındakı münasibətləri rəsmi olaraq başlatdı.[11]
Kral Həməd ingilis kral ailəsi ilə yaxşı əlaqələr qurur. Kral Şahzadə Uilyamın toyuna qatılmaq üçün İngiltərə məhkəməsi tərəfindən dəvət edildi, lakin Bəhreynə insan hüquqlarının pozulmasına göstərilən ixtişaşlar onu bu qərarından vaz keçməyə məcbur etdi.[12]
Kral Həməd çox sayda fəxri ad sahibidir, məsələn: