Salmanlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Salmanlı | |
---|---|
39°41′19″ şm. e. 48°56′49″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Salmanlı rayonun ucqar kəndidir, kənd ilə Sabirabad rayonunun mərkəzi arasındakı məsafəsi 70 km-dir və şimaldan rayonun Muğan Gəncəli kəndiylə sərhəddir. Kənd cənubdan Salyan rayonun Aşağı Noxudlu kəndiylə sərhədir , Salmanlı kəndinin Salyan şəhəri ilə olan məsafəsi 12-kilometrdir.
Orta temperatur yanvarda 1,8 C, iyulda 36.5 C -dir. İllik yağıntı 300 mm-dir. Əsas çayı Kürdür. Əs asən, boz-çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri mövcuddur.[mənbə göstərin]
Salmanlı kəndin ərazisində bir çox təbiətə uyğunlaşmış canlılar var, bunlardan dovşan , tülkü, canavar, çaqqal, çöl pişiyi,quşlardan turac. Sürünənlərdən ən zəhərli ilan gürzə və başqa növ ilanlar da çoxluq təşkil edir.[mənbə göstərin]
Əsasən heyvandarlıq və bostançılıqla məşğul olan yerli əhali kənd təsərüffatı və əkinçiliklə də məşğul olur.Pamidor istixanaları və daha çox yonca, qarpız, yemiş, taxıl əkirlər. Son illər üzüm, xurma, badam, püstə və alça bağları salınmaqdadır. Kəndin əsas problemi yoldur. Yolu qışda acınacağlı vəziyyətdə olur.[mənbə göstərin]
Sabirabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |