Xəlfəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Xəlfəli | |
---|---|
39°57′19″ şm. e. 48°40′42″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhalinin əksəriyyəti tərəkəmələrdir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlının 1923-cü ildə yazdığı "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabda Xəlfəli barədə söz açılır. Müəllifin iddiasına görə bu kəndin formalaşdıran Şahsevən tayfalarıdır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra İrandan Şimali Azərbaycana köçüblər. Azərbaycanın bir çox yerlərində bu tayfa özünə məntəqə qurub. Məsələn, günümüzdə İmişli rayonunun Xəlfəli kəndi ilə Sabirabadın bu kəndi demək olar eyni tayfalar, qan qohumlarıdır. Şuşanın Xəlfəli kəndində yaşayanların bu kənddə yaşayanlarla əlaqəli olmasını ağsaqqallar söyləsələr də, hələ ki bu faktı təsdiq edəcək materaial yoxdur ( çox güman ki araşdırmanın ciddi aparılmaması ucbatından). Kənddə oturaq həyat əsasən Sovet ittifaqı qurulandan, daha dəqiqi kolxozlaşma başlayandan sonraya təsadüf edir. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur.
Bu kəndin ərazisində 19-cu ərsin ortalarından 20-ci əsirin 20-30cu illərinədək "malokan"lar yaşayıb. Daha sonra onlar kənddən müxtəlif səbəbdən uzaqlaşıblar. Bu gün kənddə bir nəfər də "malokan" yaşamır, onları xatırladan heç bir işarə də qalmayıb.
1952-cü ildə Cəlilabad rayonun İranla sərhəd kəndlərində yaşayan bəzi tayfalar Xəlfəliyə köçürülüb. Təxmini hesablamalara görə onlar indi kəndin 60 faizini təşkil edir.
1988-ci ildə Özbəkstandan qovlanan Məhzəti türkləri də Xəlfəliyə pənah gətirib. Əvvəlki illərdə onların sayı çox olsa da, hazırda kənddə təqribən 20 belə ailə yaşayır.
1977-ci ilədək kənddə 9 illik orta məktəb, ondan sonra isə 11 illik tam təhsilli orta məktəb fəaliyyətdədir. Klub, məişət evi, kitabxana, stadion kimi mədəniyyət obyektləri Sovet İttifaqının dağlması ilə fəaliyyətin dayandırıb, bu gün belə obyetlər kənddə ancaq xatirə formasında yaşayır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə Xəlfəlidə 1205 seçici var. Bu rəqəmə əsasən kənd əhalisinin sayının 1500-dən artıq olduğunu demək olar.
Məhzəti türk azlığını istisna olmaqla kənd şiə inanclıdır.
Əhali əsasən əkinçilik və maldarlıqla məşğuldur.
Qarabağ müharibəsindəki döyüşlərdə kənd 3 şəhid verib. Atəşkəs dövründə kənddən daha 2 əsgər həyatını ön xəttə itirib. Hazırda kənddəki orta məktəb Nazirlər Kabinetinin qərarına əsasən ( N 197, 14 aprel 1993 tarixli) ilk şəhid Teymur Nurullayevin adın daşıyır.[mənbə göstərin]
https://www.infocenter.gov.az/page/voters/?s=64&sm=2
Sabirabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |