Salomon qızılböcəyi (lat. Ancylocheria salomonii) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.
Salomon qızılböcəyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Salomon qızılböcəyi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Böcəyin bədəni yaşılımtıl – firuzəyi rəngdədir. Qanadüstlükləri və ön döş üzərində narıncı ləkələr vardır, ətrafları yaşıl rəngdədir.
Çin, İran, Türkiyə, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan (Zaqatala, Qəbələ, Şəki, Göyçay, Yevlax, Naxçıvan MR) ərazilərində rast gəlinir. 1919-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1928-ci ildə M.Axnazarov tərəfindən Naxçıvanda 1 fərd, 1929-cu ildə E.Hauser tərəfindən Ordubadda 2 fərd, qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir.[1]
Cənubi Qafqaz qovağından ibarət olan çaykənarı tuqay meşələrində məskunlaşır. Növün ekologiyasına dair məlumat yoxdur. Sürfələri qovaq ağacının oduncağında inkişaf edir.
Tuqay meşələrinin sahələrinin azalması.
Azərbaycanın Qırmızı Kitabının 1-ci nəşrinə daxil edilmişdir.
Mühafizəsi üçün tuqay meşələrində qovaq ağaclarının qırılmasının qarşısını almaq, köhnə ağacların qırıldığı yerlərdə yeni-cavan ağaclar əkmək, böcəklərin tutulmasının qarşısını almaq, onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.