Samir Əliyev (Tiqana)

Samir Qədir oğlu Əliyev (9 iyun 1977, Qaracallı, Cəbrayıl rayonu15 avqust 1993, Binədərəsi, Xocavənd rayonu) — Tiqana, 16 yaşlı şəhid.

Samir Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyun 1977(1977-06-09)
Doğum yeri
Vəfat tarixi 15 avqust 1993(1993-08-15) (16 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Döyüşlər

Samir Əliyev 1977-ci il 9 iyun Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Samir evin tək oğlu idi. 1984-cü ildə qonşu kənddə yerləşən Balyand kənd orta məktəbinə daxil olub. 6-cı sinifdən sonra təhsilini Doşulu kənd məktəbində davam etdirib. 8-ci sinifə qədər təhsil alıb. Samir atları çox sevirdi. Hətta döyüşlər vaxtı ağ atı da olub.

Ermənilər bizə qarşı ilk təxribatları törədən zaman onun 11 yaşı var idi. Cəbrayılda düşməndən qorunmaq üçün özünümüdafiə batalyonları yaradılan zaman cəsarəti ilə fərqlənən Samir rayonun müdafiəsində dayanan hərbçilərin yanına gedər və onlarla həmsöhbət olar, hərbiçilərə yardım edərdi. Onun cəbhəyə ərzaq, silah daşıması, qorxmazlığı dillər əzbəri olmuşdu. Samiri müharibədən kənarlaşdırmaq üçün aiələsi onu Bakıya aparmışdı. Amma Samir "Vətən məni cağırır, getməliyəm" deyərək cəbhəyə qayıdır.

Samir Əliyev

Tiqana ləqəbi

[redaktə | mənbəni redaktə et]

Samir Əliyevə Tiqana ləqəbini məşhur fransız futbolçu Jan Tiqanaya bənzədiyi üçün vermişdilər. Samir uşaq yaşlarından futbolu çox sevərdi. Çevikliyinə və zahirən bənzərliyinə görə onu dostları bu adla çağırardılar.

Samir Əliyevin anasının toxuduğu xalça

Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

Samir 1992-ci ildə döyüşə girərkən 15 yaşı var idi. Samir öz istəyi ilə ərizə yazıb məktəbdən çıxmış, döyüşlərə getmişdi. Yaşı kiçik olduğundan onu döyüş meydanına buraxmaq istəməsələr də Samirin təkid və israrıyla komandir onu qəbul edir. Samir könüllü olaraq İmişli batalyonuna qoşulur. Nə güllə, nə mərmi səslərinə əhəmiyyət verməzdi. Onu heç nə qorxutmurdu. Hətta mühasirəyə düşmüş əsgərləri mühasirədən çıxarmışdı.

Samir 1993-cü il avqust ayının 15-də Banazur ətrafında gedən döyüşlərdə əlinə avtomat alıb son nəfəsinə kimi düşmənlə vuruşdu. Samir yaralı olmasına baxmayaraq döyüşə davam edirdi. Döyüş zamanı Samir ağır yaralanır. Ürəyindən ağır qəlpə yarası alır və şəhid olur.

Samir şəhid olacağını hiss etmişdi. O, hər kəsə həmkəndlisi, dostu olan Qarabağ müharibəsi şəhidi Mirələmin ili günü şəhid olacağını demişdi. Samir şəhid olandan bir neçə gün sonra Cəbrayıl rayonu işğal edildi.

Samir Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndində dəfn olunub.44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl rayonu işğaldan azad edildi. Şəhidin anası Aminə Əliyeva oğlunun məzarını ziyarət etdi və Samir şəhid olan zaman ailəsinə təqdim olunan üç rəngli bayrağı oğlunun məzarı üzərinə sərdi.