Şükürbəyli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Şükürbəyli | |
---|---|
39°19′01″ şm. e. 47°08′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 190 m |
Saat qurşağı | |
1993-cü il oktyabr ayının 23-də Ermənistan Respublikası tərəfindən rus hərbi birləşmələrinin köməkliyi işğal olunub. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.[2]
Düzənlikdədir. Keçmiş adı Əyrili olmuşdur. Yaşayış məntaqəsi əvvəllər əyrili adlı sahədə salınmış, sonralar yerini dəyişmişdir. Yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdır. Kəndin adı Cavanşir nəslindən olan Şükür bəyin adı ilə bağlıdır. Həmin nəsildən olan şükürbəylilər Füzuli rayonunda da Şükürbəyli kəndinin əsasını qoyublar.[3]
Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik idi. Cəbrayıl rayonunun ticarət, gübrə anbarları, tikinti, iaşə, təşkilatları bu kənddə yerləşirdi.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |