Binədərəsi (əvvəlki adı: Banazur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Banazur kəndi Binədərəsi kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binədərəsi kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Binədərəsi | |
---|---|
39°27′21″ şm. e. 47°00′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 802 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı təhrif olunaraq Banazur adlandırılmışdır. Oykonim bana (alcaq tirə) və zur (ust, təpə) sözlərindən düzəlib, "tirənin üstü" deməkdir. Kəndin adı 1992-ci ildən Binədərəsi kimi rəsmiləşdirilmişdir. Keçən əsrin əvvəllərində Qubadlı qəzasında Binədərəsi kəndi qeydə alınmışdır. Oykonim "müvəqqəti yaşayış məntəqəsi olan dərə" mənasındadır.[4]
Binədərəsi kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4334 | Məbəd[5] | Qeyd olunmayıb | Binədərəsi kəndi | Memarlıq | Yerli |
Kənd dağətəyi ərazidə, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | XXXX | XXXX | XXXX |
2009[7] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.