Samner Vilyam (ing. William Graham Sumner;d.30 oktyabr, 1840 – ö. 12 aprel, 1910) — Amerikan sosioloqu, Uel universitetinin professoru[2]
Samner Vilyam | |
---|---|
ing. William Graham Sumner | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Samner Vilyam 1840-cı ilin 30 oktyabrında Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında anadan olub . Atası Thomas Samner, 1836-cı ildə İngiltərədən ABŞ-yə gəldi və ingilis mənşəli olan Sarah Graham ilə evləndi.
Samner 1863-cü ildə Uel Texnikumunda təhsilini başa çatdırdı və həmin ilin yayında Avropaya getdi. O, fransız və İvrit dillərini mənimsədi.
1866-cı ildə Samner, Uel Universitetində tələbələrin qrup lideri seçildi və həmin ilin sentyabr ayında o öz vəzifələrinə başladı. 1870 Sentyabr −1872 oktyabr tarixlərində Nyu-Cersi Saviour Kilsəsinin rektoru olmuşdur.
1872-ci ildə Uel Universitetinin Siyasi və İctimai Elmlər Professoru seçildi.
Samner Vilyam 1910-cu ilin 12 aprelində Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında vəfat etmişdir.
Samner Vilyam sosial-darvinizmin ən güclü nümayəndələrindən biridir. Spenser nəzəriyyələrinin tərəfdarı kimi çoxlu əsərlərində irqlər, xalqlar, sosial qruplar və hətta insanların təbiətlə mübarizəsini təbii proses kimi izah etmişdir. O da təbii seçmənin və yaşamaq uğrunda mübarizənin əbədi və dəyişməzliyini söyləmiş, siyasi, iqtisadi və mənəvi problemləri məhz bu baxışdan əsaslandırmağa çalışmışdır.
Samner sosial bərabərsizliyi təbiətin əsası və hər cür sivilizasiyanın başlıca şərti hesab etmişdir. Bu nöqteyi nəzərdən sosial inkişaflarının təbii prosesinə nüfüz edən hər cür dövlət müdaxilə və tənzimləmələrinin əleyhinə çıxmışdır. İqtisadiyyatda tam sərbəstliyi və rəqabəti inkişafın əsas amili hesab etmişdir.
1906-cı ildə nəşr olunmuş "Xalq adətləri" əsərində etnoqrafik materiallar əsasında "bizim dəstə" və "sizin dəstə" terminlərini elmə gətirib sosial qruplar arasında insan təbiətindəki eqosentrizmdən doğaraq əbədi düşmənçiliyin labüdlüyü fikrini irəli sürmüşdür. Eyni zamanda bu qanunlar arasında əməkdaşlıq və qarşılıqlı kömək, həmrəylik də mümkündür.
Sosioloq cəmiyyətdə hər cür dəyişikliklərin, xüsusilə inqilabların süni və fəlakətli olduğunu söyləmişdir. "Dünyanı dəyişməyin sərsəmliyi" adlı ayrıca bir əsərini də məhz bu ideyanın açıqlanmasına və analizinə həsr etmişdir.
Samner təkamülü təbiətin anası və həyatın carçısı hesab etmiş, yaşamaq uğrunda mübarizənin və rəqabətin isə cazibə qanunu kimi güclü və əbədi olduğunu söyləmişdir. Mübarizə təbiətdə hər an davam edir. İnsanlar maraq naminə ya bir-birləri ilə, ya da ətrafdakı heyvan və bitki aləmi ilə mübarizə aparırlar. Hər yerdə hücum və müdafiə adət şəklini alır. Və beləliklə əsrlər, minilliklər boyu davam edir.
Samnerə görə canlı aləmi dörd motiv idarə edir: Aclıq, şöhrətpərəstlik, seksual tələbat və nəhayət qorxu.
Təbiətdə ölmüşlər arasında ahəngdarlıq, dirilər arasında isə şüurlu və şüursuz əməkdaşlıqla bərabər şüurlu və şüursuz mübarizə də var və bu prinsiplər də həyatı irəli aparır.