Sandra Elizabet Saakaşvili-Rulofs (gürc. სანდრა რულოვსი) (23 dekabr, 1968) — Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı.
Sandra Rulofs | |
---|---|
gürc. სანდრა რულოვსი | |
Doğum tarixi | |
Doğum yeri | Terneuzen, Niderland |
Vətəndaşlığı |
Niderland Gürcüstan |
Həyat yoldaşı | Mixail Saakaşvili |
Uşaqları |
Eduard Saakashvili Nikoloz Saakashvili |
Fəaliyyəti | diplomat |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Rulofs 23 dekabr 1968-ci ildə Niderlandın Terneuzen şəhərində anadan olub, milliyətcə hollanddır. O, 1991-ci ildə Brüsseldəki Xarici Dillər İnstitutunu bitirib və 1993-cü ildə Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunda ali təhsilini davam etdirib. Həmin il Strasburq şəhərində Mixail Saakaşvili ilə tanış olub və onunla birlikdə Nyu-Yorka köçüb. Nyu-Yorkda ikən Sandra Kolumbiya Universiteti və bir Niderland hüquq şirkətində işləyib. 1996-cı ildə cütlük Gürcüstana gəlib və Sandra Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində və Tbilisidə Niderland Krallığının konsulluğunda işləyib. 1999-cu ildə Tbilisi Dövlət Universitetinə mühazirəçi kimi dəvət edilmiş Sandra 2003-cü ilədək burada çalışıb və eyni zamanda universitetdə Belçikada istifadə edilən fransız dilinin aspektləri üzrə doktorluq dissertasiyası üzərində çalışıb. 2003-də Tbilisi Dövlət Universitetində elmlər doktoru elmi dərəcəsini alıb. Rulofs öz ana dili Niderland dilindən başqa daha beş dildə - fransız, alman, ingilis, rus və gürcü dillərində danışa bilir.
Rulofs 2008-ci ilin yanvarında Gürcüstan vətəndaşlığını qəbul edib və indi ikili vətəndaşlığı var: Niderland-Gürcüstan.
Rulofs və Saakaşvilinin Eduard (1995) və Nikoloz (2005) adlı iki oğlu var.
O, "İdealistin hekayəsi"(2005) adlı avtobioqrafik kitabın müəllifidir.
1998-də "SOCO" xeyriyyətçilik təşkilatını yaradıb[1]. Burada əsas diqqət Qərbi Avropa və gürcü şirkətləri, eləcə də fiziki şəxslər tərəfindən maliyyələşdirilən proqramların həyata keçirilməsinə yönəldilib və aztəminatlı ailələrə yardım məqsədi daşıyır. Yeni hədəflərin yaradıldığı 2007-ci ildən etibarən SOCO daha fəal şəkildə Gürcüstanda reproduktiv sağlamlıq və uşaq rifahının qayğısına qalır.
2007-ci ildə Xanım Rulofs yalnız klassik musiqiyə həsr edilən ilk gürcü radiosunun - Radio Muzanın əsasını qoymuşdur.