Sarımsaqlı (dağ)

SarımsaqlıAzərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. İstisu kurortundan qərbdə, Keçəldağ çayının (Tərtər hövzəsi) sahilində, Qarabağ yaylasındadır. Hündürlüyü 3344 m. Oronim mənşəcə dağ bitkisi olan yabanı sarımsaq (qarğa sarımsağı da adlanır) bitkisinin adından və mənsubiyyət bildirən -// şəkilçisindən ibarət olub, "sarımsaq bitən dağ" mənasındadır. Cənubi Altayda Sarımsaktı adlanan dağ silsiləsi var.[1]

Sarımsaqlı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3344 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Sarımsaqlı (dağ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.