Sara İbrahimova (d. 6 yanvar 1940, Lənkəran, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008)[1], Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu (2019)[2], tanınmış kitabxana işi mütəxəssisi. 1984–2020-ci illərdə Bakı Dövlət Universitetinin Elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır.[3] Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə "Tərəqqi" medalı (2000)[4], həmçinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)"[5] yubiley medalı ilə təltif edilmişdir.
Sara İbrahimova | |
---|---|
azərb. Sara Hökmulla qızı İbrahimova | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Lənkəran |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | kitabxanaçı-biblioqraf, kitabxana direktoru |
Fəaliyyət illəri | 1961-2020 |
Mükafatları |
|
Sara Hökmulla qızı İbrahimova 6 yanvar 1940-cı ildə Lənkəran şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.[3]
Lənkəran şəhər 4 saylı orta məktəbdə (1950–1960) təhsil alıb. 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kitabxanaçılıq fakültəsində təhsil almışdır.[3]
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanasında (indiki Bakı Dövlət Universitetinin Elmi kitabxanasında) işə düzəlir.[3] O, 1967-ci ildə bu kitabxanada şöbə müdiri təyin olunur, 1984-cü ildə isə kitabxanaya direktor vəzifəsinə irəli çəkilir.[3] 2020-ci ilədək bu kitabxananın direktoru vəzifəsində çalışmışdır.[6]